İnqilabin I dövrü
Burjuaziya feodal-mütləqiyyət quruluşuna qarşı vuruşurdu və onun məhv olmasına çalışırdı. Aqrar məsələ Fransa burjua inqilabının əsas məsələsi idi. Bu məsələ Fransa əhalisinin əksəriyyətini təşkil edən kəndlilər üçün vacib məsələ idi. Kəndli hərəkatının təsiri altında Milli Məclis dekretlər qəbul etdi. Bu dekretlər biyar, töycü və s. kimi əsas feodal mükəlləfiyyətlərinə aid idi. Bu dekretlər Məclisin 4-11 avqust iclaslarında qəbul olunmuşdu. Bu heç də kəndli kütlələrini tam qane etmədi.Kəndlilər feodal mükəlləfiyyətlərinin tamamilə ləğv edilməsini tələb edirdilər.
İnqilabın birinci günlərindən xalq kütlələrinin təsiri altında 1789-cu il avqustun 26-da Milli Məclis «İnsan və vətəndaşın hüquq bəyannaməsini»ni qəbul etdi. Bu sənəd mühüm tarixi əhəmiyyətə malik idi. Bəyannamənin girişində deyilirdi: «İnsanlar azad və bərabər hüquqlu doğulurlar». Bəyannamə söz, əqidə, şəxsiyyət azadlığı, zülmkarlara müqavimət göstərmək hüququnu elan edirdi. Göstərilirdi ki, əgər cəmiyyətin təkcə bir üzvünə zülm edilirsə, deməli, bütün cəmiyyətin hüquqları tapdalanır. Əgər bütün cəmiyyətin hüquqları tapdalanırsa, onda cəmiyyətin hər birinin üzvünün hüququ tapdalanır. Sonra Bəyannamə belə elan edirdi: «Qanun ancaq cəmiyyətə zərərli olan hərəkətləri qadağan edə bilər. Qanunun qadağa qoymadığı hər şeyə icazə verilir». Bəyannamə Fransada hüquqi dövlətin əsasını qoydu. Deputatlar arasında məclisdə öz görüşlərinə görə fikir ayrılığı yarandı. Mülayim və qayda-qanun tərəfdarları sağ tərəfdə otururdular. Onları «sağlar» adlandırmağa başladılar. Sol tərəfdə dəyişiklik etmək istəyənlər əyləşmişdilər. Bunları isə «sollar» adlandırırdılar. «Sağ» və «sol» terminləri həmin vaxtdan işlənilməyə başladı.
Feodalizm qaydaları bütün Avropada hökmranlıq etdiyi bir dövrdə burjua-demokratik, antifeodal prinsiplərin elan edilməsinin böyük əhəmiyyəti var idi. Bərabərlik, azadlıq, qardaşlıq və xalqın suverenliyinin elan edilməsi inqilabiləşdirici təsirə malik idi. Bəyannamə mülkiyyət hüququ da elan edirdi. Bu hüquq varlıların öz əmlakı üzərində hüququnu təsdiq edirdi. 1789-cu ilin sonunda senzli seçki sistemi qəbul edildi. Məclisin təsdiq etdiyi qanuna əsasən vətəndaşlar fəallara və passivlərə bölünürdülər. Passivlər əmlak senzinə malik olmayanlar idilər. Onlar seçmək, seçilmək hüququndan məhrum edilirdilər. Fəallar seçki hüququna malik olanlar idilər. Onlar əmlak senzinə sahib idilər.
Deputat Düpon de Nemur deyirdi: «Kimin heç nəyi yoxdursa, o, cəmiyyətin üzvü hesab olunmur. İdarəçilik və qanunvericilik mülkiyyətə aiddir, ona görə də bunlar ancaq mülkiyyətçilərə lazımdır».
Ancaq kral və saray adamları inqilabın nailiyyətləri ilə heç cür barışmaq istəmirdilər. Onlar əksinqilabi çevrilişə hazırlaşırdılar. Kral «İnsan və vətəndaş hüququ bəyannamə»sini təsdiq etmədi. Sentyabrda Versala yeni qoşunlar çağırıldı. Kral oktyabrın 1-də öz sarayında irticaçı zabitlərin şərəfinə banket düzəltdi. 1789-cu ilin payızında Parisdə ərzaq vəziyyəti pisləşdi. Oktyabrın 5-də xalq kütlələri Versala tərəf irəliləməyə başladılar. Xalq kral sarayım mühasirə edib, oktyabrm 6-da oraya daxil oldu. Belə olduqda kral nəinki Milli Məclisin bütün qərarlarmı təsdiq etdi, hətta xalqın tələbi ilə öz ailəsi ilə birlikdə Parisə köçdü, 5-6 oktyabr hadisələrinin böyük əhəmiyyəti var idi. Bu hadisələr Milli Məclisi qovmağa imkan vermədi. Kral xalq kütlələrinin nəzarəti altına düşdü. Xalq kütlələrinə M.Robesryer, J.P.Marat kimi demokratik fikirli şəxslər başçılıq edirdi. Maksimilian Robespyer 1758-ciildə Arras şəhərində (Artua əyaləti) anadan olmuşdur. O, vəkil oğlu idi və özü də atasının ixtisasmı seçmişdi. O,
1788-ci ildə Baş Ştatlara seçkilər zamanı feodal mütləqiyyət quruluşunu tənqid edən əsər yazmışdı. O, Baş Ştatlara üçüncü silkin nümayəndəsi kimi seçilmişdi. Robespyer burjua demokratik dəyişikliklər uğrunda mübarizə aparırdı. Robespyer öz əməyi hesabına yaşayanları, kasıb hesab edirdi. Onun fikrincə, mənsəb və pul insan hüquqları üçün ölçü vahidi ola bilməz.
Jan Pol Marat Parisin demokratik dairələri içərisində şöhrət tapmışdı.O, 1743-cü ildə İsveçrədə müəllim ailəsində anadan olmuş,16 yaşında Fransaya gəlmişdir.O, inqilabçı -demokrat və yakobinçilərin rəhbərlərindən biri olmuşdu. O,«Quldarlığın zəncirləri» kitabında feodal-mütləqiyyət quruluşunu kəskin tənqid edirdi.Onun 1789-cu ilin sentyabrından nəşr etdiyi «Xalq dostu» qəzeti inqilabi demokratiyanın orqanı olmuşdur. «Xalq dostu» qəzetində əksinqilabçı partiyanın planlarını və bu planların məclisdə tərəfdarlarmı tənqid edirdi.
Marat eyni zamanda belə hesab edirdi ki, cəmiyyəti diktator idarə etməli və o, xalqın hüquqlarım müdafiə etməlidir.Hakimiyyət diktatora müvəqqəti dövr üçün verilməlidir. Marat parlamentdəki müzakirələri itirilmiş vaxt hesab edirdi. Onun fikrincə, xalq bütün düşmənlərini məhv etməlidir.
Marat inqilabın dahi xadimi, alim, həkim, fizik, sosioloq, publisist idi.O, bir neçə xarici dili sərbəst bilirdi Şotlandiya Universiteti ona nəzəri axtarışlarına və təcrübi fəaliyyətinə görə tibb doktoru dərəcəsi vermiş, həmin vaxt əhalini qırıb tükədən epidemiyalar ilə mübarizəsinə görə fəxri vətəndaş adı almışdı. Bencamin Franklin, Höte və başqaları Maratın elmi əsərlərini, yüksək qiymətləndirmişdi.
Dostları ilə paylaş: |