Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


Yakobinlərin inqilabi diktaturasının orqanları



Yüklə 89,1 Kb.
səhifə16/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Mühazir yt 4

Yakobinlərin inqilabi diktaturasının orqanları. Respublikanın xarici və daxili vəziyyətinin olduqca gərgin olması, ordunu təşkil etmək və silahlandırmağın vacibliyini, bütün xalqı səfərbərliyə almaq, daxili əks-inqilabın müqavimətini qırmaq və s. bütün bunlar möhkəm, mərkəzləşmiş hakimiyyət tələb edirdi.

1793-cü ildə Konvent əvvəllər yaranmış ictimai qurtuluş komitəsini yenidən bərpa etdi. Jirondistlərlə sazişçilik siyasətinə meyl edən Danton hakimiyyətdən uzaqlaşdırıldı. İctimai qurtuluş komitəsinin rəhbəri Robespyer oldu. ictimai qurtuluş komitəsinə bütün dövlət orqanları və ordu tabe edilmişdi. O, daxili, xarici siyasətə rəhbərlik edir, ölkənin müdafiəsini təşkil edirdi. Yenidən təşkil olunmuş İctimai Təhlükəsizlik komitəsi də böyük rol oynayırdı. Bu daxili əksinqilab ilə mübarizə aparırdı.

Yakobin inqilabi-demokratik diktaturasında yerli inqilabi komitələr böyük rol oynayırdılar. Onlar ictimai qurtuluş komitəsinin tədbirlərinin yerinə yetirilməsini izləyirdilər. İnqilabi-demokratik diktatura dövründə əyalət klubları ilə birlikdə Yakobin klubu böyük rol oynayırdı. Paris kommunası da böyük nüfuza malik idi. Xalq kütlələrinin güclü axınına yakobin inqilabçı-demokratları başçılıq edirdi.

Jirondist əksinqilabi qüvvələri terrorçu mübarizə metodlarına keçdi. 1793-cü il iyulun 13-də Marat evində jirondistlərilə əlaqədə olan royalist qadın Şarlotta Korte tərəfindən öldürüldü. Böyük şəxsiyyət, ömrünü inqilaba həsr etmiş Marat olduqca yorulduğuna görə isti vanna qəbul edib, istirahət edirdi. O, hətta vanna otağında da dəftərində qeydlər edirdi. Bu an o, tanış qadın səsi eşidir. Qadın bildirir ki, o, Fransanın mənafeyinə çalışır. Marat otaqdan qışqırır: Onu «Qəbul edin». Şarlotta Korte otağa daxil olur və deyir: «Vətəndaş Marat», mən narahatçılıq ocağı olan Kandan gəlmişəm, sizinlə danışmaq istəyirəm. Marat, «Kanda vətən xainləri nə edirlər»? -deyə maraqlanır. Şarlotta onların bəzilərinin adlarım sadalayır. Marat qələm götürüb vannada böyrü üstə çevrilib yazmağa başlayanda, Şarlotta bıçağı onun ürəyinə sancır.

Qadmdan soruşan da ki, «Səni nə vadar etdi ki, Maratı öldürdün»? Şarlotta onun cinayətlərini sadalamışdı. Sonra hakimlər Marat barəsində dalbadal soruşanda Şarlotta demişdi: «Mən 100 minlərlə başqalarmı xilas etmək üçün bu insanı öldürdüm, yırtıcı vəhşi heyvam, əclafı öldürdüm ki, günahsız insanları xilas edim və öz vətənimin yaşaması üçün dinc şərait yaradım. Mən inqilaba qədər respublika tərəfdarı olmuşam, mənim heç bir vaxt gücümdə çatışmazlıq olmayıb. Beləliklə, daha deməyə sözüm yoxdur”.

Marat öldükdən sonra Konvent şübhəli şəxsləri həbs etmək, əksinqilabçılara qarşı terroru gücləndirmək barəsində İctimai Qurtuluş komitəsinə hüquq verdi. Kraliça Mariya Antuanetta inqilabi tribunanın məhkəməsinə verilib, edam edildi. İnqilab daha da dərinləşirdi. Respublika düşmənlərinin əmlakmı müsadirə edirdilər. Konventdə sağ qalmış 73 deputat həbs edilib edam olundu. Jirondist deputatlarından biri ölüm hökmü oxunandan sonra demişdi: «Xalq yatdığına görə biz ölürük, o, oyanandan sonra siz öləcəksiniz.

Konvent ərzaq malları ilə alver edən, onu alıb satanlara ölüm cəzası müəyyən etdi. Bu ümumi maksimuma keçid idi.

Fransanın apardığı müharibə ədalətli, müdafiə müharibəsi idi. İnqilabi Fransa irticaçı monarxist Avropasından müdafiə olunurdu.

1793-cü il avqustun 23-də orduya kütləvi, məcburi çağırış haqqında dekret qəbul edildi. Qısa müddət ərzində orduya 420 min döyüşçü daxil oldu. 10 minlərlə qadın əsgər paltarı tikməklə məşğul idi. Əsgərlər inqilabi döyüş ruhu ilə silahlanmışdı. 1794-cü ilin yazında respublikanın vəziyyəti xeyli yaxşılaşdı. Respublikanın qoşunları müdaxiləçiləri Fransa sərhədlərindən qovaraq, hücum döyüşləri aparırdılar. 1794-cü il iyunun 26-da Flörüs yaxınlığında Fransa ordusu müdaxiləçiləri əzdi. Flörüs qələbəsinin həlledici əhəmiyyəti var idi. O, nəinki Fransa üçün təhlükəni aradan qaldırdı, eyni zamanda Fransa ordusu üçün Belçika, Hollandiya və Reyn vilayətinə yol açdı. İnqilabın dörd ili ərzində əldə edilməyənə Yakobin diktaturası bir il ərzində nail oldu. I Koalisiya dağılmaq ərəfəsində idi. Yakobin diktaturası feodalizmi dağıtdı, burjua inqilabının əsas məsələlərini həll etdi, daxili, xarici əksinqilabın müqavimətini sındırdı. O, bütün bu məsələlərin həllinə ancaq geniş xalq kütlələrinə arxalanaraq nail oldu. Fransa burjua inqilabı yakobin diktaturası dövründə xalq inqilabı kimi özünü göstərmişdi.

Yakobinçibrin ictimai və siyasi tədbirləri

Konvent rəsmi surətdə fransızların bir-birilərinə «sən» deyə müraciət etməsini «Siz» ilə əvəz etdi. Məişətə «cənab» sözü əvəzinə «vətəndaş» sözü daxil oldu. Yeni inqilabi respublika təqvimi qəbul edildi. Bu təqvimə əsasən tarix, Konventin açıldığı gündən hesablanmağa başladı. Respublikanın elan edildiyi gün sentyabrın 22-i birinci ayın ilk günü hesab olunurdu. Aylar sıra ilə belə düzülürdü: Vandemyer, brümer, frimer, nivoz, plüvioz, ventoz, jerminal, floreal, prerial, messidor, termidor, früktidor. (Napoleon 1806-cı il yanvarm 1-də respublika təqvimini ləğv etmişdir).İnqilabın bəzi xadimləri Şomet, Eber və başqaları dini «ağıl sitayişi» ilə əvəz etməyi təklif edirdilər.

İctimai Qurtuluş komitəsinin başçısı Robespyer kim inqilabı müdafiə etmirdisə, onları düşmən hesab edirdi və onların məhv edilməsinə haqq qazandırırdı. Robespyer özünü cəmiyyətin hakimi hesab edir və vətəndaşlardan kimin «namuslu, düz» olmasını, yaxud əksini müəyyənləşdirmək hüququna malik olduğunu bildirirdi. Hökumət 1793-cü ilin oktyabrında kilsədən kənar yerlərdə bütün dini mərasimlərin keçirilməsini qadağan etdi, dəfnlərin mövhumat əsasında deyil, dünyəvi şəkildə keçirilməsini bildirdi. Qəbirstanlığın girişində «ölüm əbədi yuxudur» sözlərinin yazılması əmr edildi. Sonra Konvent Kommunanın katolik qaydalarının keçirilməsinə etiraz etmək hüququna malik olması haqqında dekret verdi. Bundan sonra katolik qaydalarından əl çəkilməsi prosesi gücləndi.

Paris Kommunası 1793-cü ilin noyabrında Parisdə bütün kilsələrin dini mərasimlərini məbədlərdə keçirməsini qadağan edən qərar verdi. Dövlət nəhayət, keşişlərə pul verməyi dayandırdı. Kilsə əslində dövlətdən ayrıldı.İldə beş bayram Dahi, Əmək, Fəaliyyət, Mükafatlandırma, Fikir eyni zamanda uzun ildə bayram keçirilməsi müəyyən olundu.

Respublikada Ağıla pərəstiş yayılmağa başlandı, tez bir zamanda onu azadlıq şəhidləri şərəfinə qeyd etməyə başladılar. Məbədlərdəki fılosofarın büstlərini əksinqilabçıların öldürdükləri insanların büstləri ilə əvəz etdilər. Lakin Fransa əhalisinin əksəriyyəti, xüsusən kəndlilər bu siyasətə düşməncəsinə yanaşdılar. Robespyer həmin xristian qaydalarından əl çəkilməsi siyasətinin təhlükəsini vaxtında gördü. Robespyerin məruzəsi üzrə Konvent 1793-cü il dekabrın 5-8-də «Sitayiş azadlığı haqqında» dekret qəbul etdi.

1794-cü ilin yazında hökumət mühüm ictimai qanunlar-vantoz dekretləri qəbul etdi. (fevral 26, martın 3-ü vantozun 8-13-ü) Konvent İctimai Təhlükəsizlik komitəsinə və İctimai Qurtuluş Komitəsinə tapşırdı ki, 1789-cu il mayın 1-dən sonra həbs olunan siyasi məhbusların işinə baxılsın. Onlardan kimin azad edilməsi, kimin inqilabın düşməni kimi mühakimə olunması məsələsini müəyyən etmək lazım idi. Axırıncı halda onların əmlakı müsadirə olunmalı idi. Əmlaksız vətənpərvərlər inqilab düşmənlərinin müsadirə olunmuş əmlakım bölməli idilər. Vantoz dekretləri inqilabi daha da dərinləşdirmək məqsədi güdürdü.

Yakobin bloku daxilində mübarizə

Yakobin diktaturasının əsasını daxili ziddiyyətlər zəiflədirdi. 1793-cü ilin payızından yakobinçilər arasında 2 müxalifətçi qrup yaranmağa başladı. Bu qruplardan biri Dantonun ətrafında toplaşmışdı. O, İctimai Qurtuluş komitəsindən çıxdıqdan sonra onun ətrafında Yakobin klubunun və Konventin görkəmli xadimləri məsələn Kamil Demulen, Fabr d'Eqalitin və başqaları toplaşmağa başladılar. Onlar sürətlə artan yeni güclü burjuaziyanm xadimləri idilər. Sağlar və ya dantonçular tamam və ya müəyyən dərəcədə terror siyasətindən əl çəkməyi və inqilabi demokratik diktaturanı tədricən ləğv etməyi irəli sürürdülər. Robespyerin ictimai qurtuluş komitəsinin siyasətinə qarşı sol müxalifətçi qrup da çıxış edirdi. Paris Kommunası və onun bölmələri bu narazılığı əks etdirirdi. Onlar yoxsulların ehtiyacım ödəmək üçün yollar axtarırdılar, alverçilərə qarşı kəskin cəza tədbirləri görülməsini, maksimum haqqında qanunu pozanları cəzalandırmağı və s. tələb edirdilər. Parisdə «quduzlar» darmadağın edildikdən sonra ən güclü sol qrup Şomet və Eberin tərəfdarları idilər. Onları sol yakobinçilər, yaxud eberçilər adlandırırdılar. Eber (1757-1794) inqilaba qədər teatrda bilet satan olmuş, sonra kordelyerlər klubunun ən fəal xadimi kimi şöhrət tapmışdı. 1793-cü ilin payızında Şomet kommunanın prokuroru olduqdan sonra, Eberi onun müavini təyin etdilər. Qabiliyyətli jurnalist Eber «Düşen ata» qəzeti ilə şöhrət qazandı.

1794-cü ilin yazında eberçilər paytaxtda ərzaq vəziyyətinin çətinləşməsi ilə əlaqədar olaraq İctimai Təhlükəsizlik komitəsinin fəaliyyətini tənqid etməyə başladılar. Eberçilər Komitəyə qarşı yenidən xalqı mübarizəyə qaldırmaq istəyirdilər. Onlar 1794-cü il martm 4-də (ventozun 14-ü) Parisdə üsyan qaldırmağa cəhd etdilər. Onlar Kommunanın və onun bölmələrinin köməyinə arxalanırdılar. Lakin Eberin üsyana çağırışım nə Kommuna, nə də onun rəhbəri Şomet müdafiə etmədi. Martm 13 və 14-də Eber və onun 16 nəfər həmfikiri həbs olunub, sonra edam edildi. Baxmayaraq ki, Şomet eberçiləri müdafiə etmədi, lakin kommunanı konventə qarşı qoymaqda təqsirləndirilib, edam edildi.

Aprelin 2-də Danton, Demulen Kamill və b. İnqilabi tribunala verilib, arelin 5-də öldürüldü. Sağ və sol yakobinçilərin edam edilməsi ilə hökumətin vəziyyəti yaxşılaşmadı. Yakobinçilər arasında mübarizə qurtarmamışdı. Ancaq müvəqqəti tənəffüs yaranmışdı.

Yakobin diktaturası böhran keçirirdi. Yakobinçilər şəhər və kənd burjuaziyası tərəfindən düşmənçiliklə qarşılanırdı. Onlar eyni zamanda xalq kütlələri içində də dayaqlarmı itirirdilər. Konvent 1794-cü ilin yazında kənd təsərrüfat fəhlələrini çöl işlərinə göndərdi. Bu tədbir yoxsulların Yakobin diktaturasından narazılığını artırdı.




Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin