Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


Yakobinçilərin iqtisadi tədbirləri



Yüklə 89,1 Kb.
səhifə15/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Mühazir yt 4

Yakobinçilərin iqtisadi tədbirləri. Yakobinçilər Fransa inqilabının ən böhranlı dövründə hakimiyyətə gəlmişdilər. Avropanın əksinqilabi qüvvələri fransız qoşunlarını hər tərəfdən sıxışdırırdılar. Vandeya, Bretan, Normandiyada monarxist qiyamlar baş verdi. İngiltərə qiyamçıları pul, silah və ərzaqla təchiz edirdi.

Respublikanı fəlakətdən qurtarmaq üçün xalqın gücünü toplamaq lazım gəlirdi.Yakobinçilər hakimiyyətə keçdikdən sonra kəndlilərin tələbini ödəməyə başladılar. 1793-cü il iyunun 3-də Konvent mühacirlərdən alınmış torpaqların xırda sahələrlə, möhlətlə satılması barəsində dekret verdi. Torpaqlar xırda sahələrlə 10 il müddətinə möhlətlə satılmalı idi. Bu dekretə əsasən kənd yoxsullarına bir akr (0,5 hektar) mühacir torpaqlarından verilməsi nəzərdə tutulurdu. İyunun 10-da Konvent mülkədarlar tərəfindən tutulmuş icma torpaqlarının kəndlilərə yenidən qaytarılması haqqında dekret verdi.

Yakobinçilərin aqrar siyasətində iyulun 17-də verilən dekret xüsusi əhəmiyyət kəsb edirdi. Konvent bütün feodal hüquqlarının, mükəlləfiyyətlərinin, vergilərin əvəzsiz olaraq tamamilə ləğv edilməsi haqqında qərar qəbul etdi. Feodal aktları və sənədləri yandırılmalı idi. Onu saxlayanlar katorqa ilə cəza olunurdular. Kəndlilər yeni aqrar qanunlarından sonra sürətlə yakobin inqilabi hakimiyyəti tərəfinə keçməyə başladılar.

Yakobinçilər axıra qədər geniş kəndli kütlələrinin tələbini ödəyə bildilər. Dekret aztorpaqlı, yaxud torpaqsız kəndlilərin azad surətdə istədiyi yerlərdə işləməsi üçün şərait yaratdı. Zadəgan mülklərindən mühacir olmuşların torpaqları müsadirə olundu. Yakobinçilərin aqrar qanunvericiliyinin böyük əhəmiyyəti var idi. Aqrar qanunvericiliyi feodalizmin əsaslarım sarsıtdı və keçmişdə asılı olan kəndliləri xırda azad sahibkarlara çevirdi.

1793-cü ilin yayında respublikanın ərzaq vəziyyəti kəskinləşdi. «Quduzlar» Yakobin hökumətinin siyasətini tənqid edirdilər. «Quduzlar» ümumi maksimum verilməsini, alverçilər üçün ölüm cəzası müəyyən edilməsini, inqilabi terrorçuluğun gücləndirilməsini tələb edirdilər. Yakobinçilər «quduzların» tələbinə amansızcasına cavab verdilər. 1793-cü il sentyabrın əvvəlində Jak Ru və «quduz»ların başqa rəhbərləri həbs olundular. Həbsxanada Jak Ru özünü öldürdü.

Xalq kütlələri inqilabın yenə də əsas qüvvəsi olaraq qalırdı. 1793-cü il sentyabrın 4-5-də Parisdə böyük küçə çıxışları baş verdi. Xalqın, o cümlədən fəhlələrin əsas tələbi bunlar idi: «ümumi maksimum», inqilabi terror, yoxsullara kömək. Yakobinçilər nəinki kəndlilər ilə, eyni zamanda şəhər yoxsulları ilə ittifaqı saxlamağa çalışırdı. Sankülotların tələbləri xeyli dərəcədə ödənildi. Sentyabrın 5-də xüsusi «inqilabi ordu» yaradılması haqqında qərar qəbul olundu. Sentyabrın 29-da konvent əsas ərzaq malları üzərinə ümumi maksimum adlanan sabit qiymət qoymaqla şəhər plebey kütlələrinin və kənd yoxsullarının əsas tələblərindən biri ödəmiş oldu.

Yakobinçilərin 1793-cü il konstitusiyası

1793-cü il iyunun 24-də Konvent konstitusiyasını təsdiq etdi. Bu konstitusiya respublika quruluşunu müəyyən etdi. Bu Fransa tarixində birinci respublika konstitusiyası idi.

Yeni «İnsan və vətəndaşlıq hüququ Bəyannaməsi» qəbul edildi. Bu bəyannamə cəmiyyətin məqsədini «hamı üçün xoşbəxtlik» hesab edirdi. Bu, şəxsiyyət, əqidə, söz, ərizələr vermək, mətbuat, yığıncaq azadlığını, hamının qanun qarşısında bərabər olmasını, mülkiyyətə sahib olmasını, insan hüquqlarının təbii və ayrılmaz hissəsi hesab edirdi. Bəyannamədə zəhmətkeşlərin istismara müqavimət göstərmək və hətta üsyan etmək hüquqları da öz əksini tapmışdı.

Bütün bunlar 1793-cü ıl konstitusiyasının prinsipləri idi. Konstitusiyaya əsasən ali qanunverici hakimiyyət Qanunverici Məclisə məxsus idi. Qanunverici Məclis 21 yaşına çatmış bütün vətəndaşlar (kişilər) tərəfindən seçilirdi. Ali icraedici hakimiyyət 24 nəfərdən ibarət olan İcraedici Şuraya verilirdi.

1793-cü il konstitusiyası 1791-ci il konstitusiyası ilə müqayisədə xeyli irəli getmişdi. Bu inqilabın yeni yüksək mərhələyə daxil olduğunu göstərirdi. Bu vaxta qədər olan heç bir konstitusiyada demokratiya azadlıqları belə ardıcıllıqla verilməmişdi.

Konstitusiyada əmlak bərabərsizliyinin saxlanılması, xüsusi mülkiyyətin qalması insanlar arasında iqtisadi inkişaf üçün marağı artırırdı. 1793-cü il konstitusiyası 1793-cü ilin payızından fövqəladə siyasi çətinlik və hərbi mübarizə ilə əlaqədar olaraq həyata keçirilmədi. Konstitusiya üsul-idarəsi Yakobin inqilabi-demokratik diktaturası ilə əvəz olundu.




Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin