Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


-cü il 31 may -2 iyun üsyanı



Yüklə 89,1 Kb.
səhifə14/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Mühazir yt 4

1793-cü il 31 may -2 iyun üsyanı

Jirondistlərin bu siyasəti yeni xalq üsyanının başlanmasını labüd etdi. Hələ 1793-cü ilin martında «quduzlar» Jirondistlərin Konventdən qovulmasını tələb edirdilər. Jirondistləri satılmış deputatlar hesab edirdilər. Yakobinçilər «quduzların» bu tələbini müdafiə etdilər. Yakobinçilər silahlı üsyana hazırlaşırdılar. Ona görə ki, jirondistlərin əlində hələ dövlət hakimiyyət orqanları var idi. Mayın sonunda Parisin inqilabçı təşkilatları üsyana başçılıq etmək üçün komitə təşkil etdilər. Mayın 31-də komitə xalqı üsyana çağırdı. Parisin inqilabi bölmələri Konventin binasına tərəf irəliləyirdilər. Milli qvardiya dəstələri ilə yanaşı sankülotlar də gedirdilər. Sankülot əhalinin demokratik qruplarına deyirdilər. Sankülotlar uzun şalvar geyirdilər. (San-külot uzun şalvarlılar deməkdir) Aristokratlar isə qısa şalvar geyirdilər.

Bu qüvvələrə yakobinçi Anrio komandanlıq edirdi. Silahlı xalq Konventi mühasirə edib, ona petisiya verdi. Petisiya «12-lər Komitəsini» buraxmağı və konventin tərkibindən jirondist deputatların çıxarılmasını tələb edirdi. Konvent petisiyaçıların və Robespyerin atəşli nitqinin tələblərini yerinə yetirmədi. Konvent, «12-lər komitəsini» buraxıb, jirondist deputatları saxladı. Marat 1793-cü il iyunun 1-də xalqı inqilabı müdafiə etməyə çağırdı. Parisdə həmin gün Lion əksinqilabçı çevrilişi və qiyamçıların Vandeyada müvəffəqiyyət xəbərləri eşidildi.

Komitə mübarizəni yenidən başlamaq haqqında əmr verdi. İyunun 2-də milli qvardiya dəstəsi və digər silahlı dəstələr konventin binasından Jirondist deputatları çıxartdılar. 31 may 2 iyun xalq üsyanı orta burjuaziyanın siyasi hökmranlığına son qoydu. Jirondistlər də felyanlar kimi inqilaba maneçilik etməyə başladılar. Onlar əksinqilabçı qüvvəyə çevrildilər. Hakimiyyət yakobinçılərin, yaxud montanyarların əlinə keçdi. İnqilab yüksələn xətlə daha yüksək və yeni yüksək mərhələsinə qədəm qoydu.

4. İnqilabın üçüncü dövrü Yakobin inqilabi-demokratik diktaturası


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin