Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


termidor əksinqilabi çevrilişi



Yüklə 89,1 Kb.
səhifə17/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Mühazir yt 4

9 termidor əksinqilabi çevrilişi

1794-cü il aprelin axırı və mayın əvvəlində Robespyer hökumətinə qarşı əksinqilabi qəsd hazırlanmağa başladı. Konventin sağ cərəyanında Talyen, Barras, Freron, dantonçuların qalıqları «bataqlıq» adlanan deputatlar və eberçilərin qalıqları və başqaları birləşdilər.

1794-cü il iyunun 26-da verilmiş varlı kənd burjuaziyasının məhsulunun müsadirə edilməsi haqqında dekret sui-qəsdin hazırlanmasını daha da sürətləndirdi. Əhalinin əksəriyyətini təşkil edən ortabab kəndlilər də bu dekretdən razı qalmadılar.

Xalqın yoxsul dairələrinin də vəziyyəti ağır olaraq qalmaqda idi. Lö Şapelye qanunu və başqa qanunlar fəhlələrə öz əmək şəraitini yaxşılaşdırmağa imkan vermirdi. 1794-cü ilin yayında hərbi təhlükə aradan qalxdıqdan sonra burjuaziya yakobin inqilabi-demokratik diktaturası üsul-idarəsi ilə barışmaq istəmirdi. Flerüs qələbəsindən sonra Robespyer hökumətinə qarşı əksinqilabi blok yarandı. Termidorun 8-də (iyulun 26-sı) Robespyer Konventin tribunasmdan suiqəsdçiləri tənqid etdi.

9 termidorda (iyulun 27-də ) Konventdə SenJüst çıxış etməyə başladı. Sui-qəsdçilərdən Talyen onun sözünü kəsdi. Zalda qalxan səs-küy içərisində sui-qəsdçilərdən biri Robespyeri həbs etməyi tələb etdi. Frerorun tələbi ilə Sen-Jüstün, Kutonun və başqalarının həbs edilməsi haqqında qərar qəbul edildi. Robespyer, onun kiçik qardaşı və onların həmfikirlərinin həbs edilməsi xəbəri şəhərə yayıldı.

Paris Kommunası və Yakobin klubu inqilabi hökumətin müdafiəsi üçün xalqa müraciət edib, üsyana çağırdı. Çoxlu sankülotlar, fəhlələr, sənətkarlar, yoxsullar kommunanın binası qarşısına toplaşdılar. Milli kvardiyanın komandanı Anrio milli qvardiya dəstələrini gətirdi.

Robespyer və onun həmfikirləri azad edildilər. Yaranmış vəziyyət ciddi hərəkət etməyi tələb edirdi. Lakin bu dəfə nə Robespyer, nə Kommuna, nə onun bölmələri inqilab günlərində göstərdikləri qətiyyəti indi tətbiq edə bilmədilər. Əksinqilabçılar qəti hərəkət edib, Robespyeri və başqalarım hakimiyyətdən kənar elan etdilər. Konventin silahlı qüvvələri gecə saat 2-də Robespyer və onun həmfikirləri yerləşən bələdiyyə binasına soxulub, onları yenidən həbs etdilər. Onlardan kiçik Robespyer (onun kiçik qardaşı) və Leba özlərini öldürdülər.

Termidorun 10-da Robespyer, Sen-Jüst və digər 18 robespyerçi Parisin Qrevski meydanında edam edildi. Özlərini öldürənlərin başlarmı gilyotina ilə kəsdilər. Cəmi 100 insan edam olundu. Bunların əksəriyyəti Paris Kommunasının üzvləri idi və onun özünü də elə orada ləğv etdilər. 9 termidor çevrilişi Yakobin inqilabi-demokratik diktaturasını devirdi. Bununla da, inqilabın yüksələn xətlə inkişafına son qoyuldu.



Ordu quruculuğu."Amalqama" ilə yanaşı komandir heyətinin təmizlənməsi prosesi də aparıldı.Zadəganlardan olan yüksək çinli zabitlər öz vəzifələrindən azad olundu.1793-cü ilin avqustunda orduya kütləvi səfərbərlik haqqında dekret elan olundu. Səfərbərliyə cəlb edilmiş 100 min əskəri silahla təmin etmək mühim idi. Ordunu təmin etmək üçün Fransa inqilaba qədər hərbi sursatı demək olar ki, xaricdən alırdı.İndi isə Fransa özü əldə etməli idi.Xalq ziyalılarla birlikdə hakimiyyətin çağrışına qoşuldu.Artıq 1793-cü ilin payızında 4 silah zavodu fəaliyyət göstərir və 700 adda silah istehsal olunurdu. Top zavodu isə ilə 12-13 min top istehsal edə bilirdi.Həmin ilin payızında artıq Fransada 14 ordu təşkil edilməkdə idi ki, bunların da tərkibində 650 min nəfər insan var idi. Bütün bunların hamısı fransızlar üçün dönüşə səbəb oldu.Belə ki, 1793-cü ilin payızında Avstriya ordusu Fransanın sərhədlərindən kənara qovuldu.18 dekabrda isə kapitan Napoleon Bonapartın aktiv iştirakı ilə Fransa ordusu Tulon şəhərini azad etdi.Məhz buna görə Bonapart 24 yaşında ikən general hərbi rütbəsi aldı.1794-cü ilin yazı və yayında Fransa ordusu növbəti qələbələrini qazandı. İnqilabi orduda əsgərlərin sayı 800 min nəfərə çatmışdır 26 iyun 1794-cü il tarixində Belçikanın Fleryus kəndində baş vermiş döyüşdə isə Avstriyalılar tam əzilərək Belçika ərazisindən qovuldular.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin