Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan



Yüklə 89,1 Kb.
səhifə18/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
Mühazir yt 4

Termidor irticası. 9 termidor əksinqilabi çevrilişi Fransada burjua irticasının başlanğıcı oldu. Bu çevriliş Yakobin diktaturasına son qoydu, inqilabın yüksələn xəttlə inkişafını dayandırdı. İnqilab aşağı düşən xətlə 1799-cu ilə qədər davam etmişdi. 9 termidor çevrilişi nəticəsində hakimiyyətə gələn termidorçular respublika quruluşunu saxladılar ki, mülkiyyətçilərin əmlakım və azadlığını qorusun. Onlar geniş xalq kütlələrini öz tərəflərinə çəkmək üçün terror siyasətini həyata keçirənləri həbs etməyə başladılar. «Şübhəliləri» həbsxanadan buraxmağa başladılar. Terror aradan qalxmadı, indi onu yakobinçilərə qarşı yönəltdilər. Bir çoxlarmı həbs, digərlərini isə edam etdilər. Royalistlərin özbaşınalıq edən «qızıl gəncləri»nin quldur dəstələri meydana çıxdı. Onlar dəyənəklə silahlanaraq yakobinçiləri axtarıb tapır, onlara əziyyət verir, onların kafelərini yandırdılar. Termidorçular ticarət sahəsindəki məhdudiyyətləri ləğv etdilər. Alverçilik baş alıb gedirdi, qiymətlər bir neçə dəfə artmışdı.

Konvent yakobin diktarurası devrildikdən sonra əksinqilabın dayağı oldu. Termidorçular inqilabidemokratik diktarura aparatım, xalq kütlələrinin demokratik nailiyyətlərini ləğv etdilər. İnqilabın gedişində mühüm rol oynamış Paris Kommunası buraxıldı. Yakobin klubu bağlandı, onun bir çox üzvü həbs və edam edildi. Termidorçu Konventin iqtisadi siyasəti xalq kütlələrinin vəziyyətini ağırlaşdırdı. Qiymət maksimumu haqqında qanun ləğv olundu. Bu isə iri tacirlərin, alverçilərin xeyrinə idi. Ərzaq çatışmamazlığı meydana çıxdı.

Parisdə 1795-ci ilin aprel və mayında xalq üsyanları

1795-ci ilin yazında Termidor hökumətinin irticaçı siyasətindən narazı olan Paris zəhmətkeşləri iki dəfə üsyan qaldırdı. 1795-ci il terminalın 12-də ( aprelin 1-də ) fəhlə və xırda sənətkarların bır qrupu Konventin binasına soxuldu. Onlar çörək, 1793-cü il yakobin yonstitusiyasını və həbs edilmiş demokratların azad edilməsini tələb edirdi. Termidor hökuməti güclü qoşun dəstələri toplayıb ertəsi gün Parisdə üsyanı yatırtdı. Termidorçular öz qələbələrindən istifadə edərək sağ qalmış yakobinçilərə divan tutdular. İctimai qurtuluş Komitəsinin keçmiş üzvləri olan Kol d'Erbua və Bilo-Varenn uzaq yerə sürgün edildi. Apreldən başlayaraq çörəyin qiyməti 2-2,5 dəfə artdı. Bu da üsyanın yenidən başlanması üçün siqnal oldu.

Prerialın 1-də ( mayın 20-də ) Parisin xalq kütlələri yenidən üsyan etdilər. Üsyançılar əllərində «Çörək və 1793-cü il Konstitusiyası» şüarları ilə şəhərin mərkəzinə tərəf irəliləyirdi.Milli qvardiyanın bir neçə batalyonu üsyan etmiş xalqın tərəfinə keçdi.Üsyan kortəbii başlamışdı.Ancaq şəhərin bir neçə məntəqəsində hərəkata rəhbərlik etmək üçün orqan yaratmağa cəhd etdilər.Üsyançılar konventin binasını tutdular. Bələdiyyə idarəsində keçirilmiş iclasda Konventin tərkibindən 75 jirondist deputatın çıxarılması, qiymət maksimumu haqqında qanunun bərpa edilməsi və s. tələb olunurdu.Lakin üsyançılar yeni, inqilabi hökumətin təşkil edilməsi üçün qəti tədbir görmədilər.Prerialın 4-də üsyan yatırıldı.Bu üsyan Böyük Fransa burjua inqilabı dövründə axırıncı kütləvi çıxış idi.

Direktoriyanın yaranması

Jerminal və Prerial üsyanlarının yatırılması iri burjuaziyanın mövqeyini möhkəmlətdi.Paris zəhmətkeşləri tamamilə tərksilah edildi.Konventin tərkibində qalmış 6 yakobin deputat da həbs olunub edam edildi.Termidor iri burjuaziyası hüquqi cəhətdən siyasi hökmranlığını əsaslandırmağa cəhd etdi.Termidor Konventi 1795-ci ilin payızında yeni konstitusiya qəbul etdi.Bu respublika təqvimi üzrə «III il konstitusiyası» adlanırdı.O, Fransada respublika quruluşunu saxlayırdı.Konstitusiya seçicilər üçün bir sıra məhdudiyyətlər əmlak senzi, yaş senzi, oturaqlıq senzi və b. irəli sürdü. 1793-cü il Konstitusiyasının ən böyük nailiyyəti olan ümumi seçki hüququ ləğv edildi. Konstitusiya qanunverici hakimiyyəti 2 palataya verdi: Beş yüzlər Şurası və Ağsaqqallar Şurası. İcraedici hakimiyyət beş direktordan ibarət olan Direktoriyaya keçdi.Ağsaqqallar Şurası Direktoriya üzvlərini təyin edirdi.Keçmiş zabit, zadəgan Barras direktoriyada əsas rol oynayırdı.Beləliklə, 1795-ci il oktyabrın 26-da Konvent öz fəaliyyətinə son qoyub, yerini iki palatadan ibarət olan Qanunverici korpusa verdi.Konstitusiya inqilabın antifeodal nailiyyətlərini hüquqi cəhətdən saxladı. O, mühacirlərin, kilsənin, krallığın torpaqlarının saxlanmasını qanuniləşdirdi.Konstitusiya monarxiya tərəfdarlarım narazı saldı.Çünki monarxistlər açıq surətdə Burbonlar monarxiyasını bərpa etməyə çalışırdılar.

1795-ci ilin oktyabrında onlar Parisdə qiyam qaldırdılar.Lakin Burbonlar monarxiyasının bərpa olmasını nəinki xalq kütlələri, eyni zamanda hakim sinif olmuş iri burjuaziya da istəmirdi.Termidor hökuməti general Napoleon Bonapart başda olmaqla qiyamçılara qarşı qoşun göndərdi, qiyam yatırıldı.Yakobinçilər Napoleon Bonapartı Tulon şəhərini əksinqilabçılardan aldığına görə «Fransanın daxili hərbi qüvvələrinin komandiri» təyin etmişdilər.

Baböf və «Bərabərlər qəsdi»

Termidor Konventi və sonra Direktoriyanın antixalq siyasəti xalq kütlələrinin narazılığını daha da artırdı.Fəhlələr mövcud ictimai quruluşa son qoymaq üçün yeni-yeni yollar axtarırdı.Fəhlə sinfinin bu dolaşıq ictimai fikrinin ifadəçisi Noel-Fransua Baböf ( 1760-1797 ) idi. O özünü qədim Roma tribunu, islahatçısı Qraxın ardıcılı hesab edirdi. 1793-cü ilin yazında «sankülotların qanunvericiliyinin» layihəsini tərtib etdi.Bu, həqiqi bərabərliyi təmin etməli idi.O, 1795ci ildə həbsdə olarkən inqilabçı demokrat Buonarroti ilə yaxınlıq etmişdi.Termidor konventinin elan etdiyi amnistiyadan sonra həbsdən çıxaraq, öz məqsədi uğrunda mübarizəyə başladı.Onun rəhbərliyi altında Parisdə «gizli bərabərlər cəmiyyəti» yarandı

Baböfün və onun «Xalq tribunu» qəzeti ətrafında sağ qalmış Paris kommunasının xadimləri toplaşmışdı.1796-cı ildə Baböf və «bərabərlər qəsdinin» digər iştirakçıları onun bir nəfər üzvünün onlar haqqında verdiyi xəbərə görə hökumət tərəfindən həbs edildi. Bir il keçəndən sonra Baböf və başqa xadimlər edam edildi.Baböf və onun tərəfdarları Fransa inqilabının burjua məhdudluğunu görmüş və utopik arzulardan real mübarizəyə keçməyə çalışmışdılar.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin