Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan



Yüklə 89,1 Kb.
səhifə24/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   16   17   18   19   20   21   22   23   24
Mühazir yt 4

İmperiya dövrü.1804-cü ilin mayında isə legitimliyi saxlamaq xatirinə Papanın razılığı ilə İmperator titulunu qəbul etmişdir. 1803-cü ildən etibarən Fransa pulları üzərində Napoleonun şəkilləri əks olunurdu, onun ad günü milli bayram elan edilirdi. Napoleon İmperiyanın və Konsulluğun sosial dayağını möhkəmləndirmək məqsədilə mühacir zadəganların amnistiya almasına imkan yaratdı. 36 min nəfər amnistiya aldı və bir çoxu öz vəzifəsinə qaytarıldı.

Bununla belə, I Napoleonun Roma Papası ilə müttəfiqliyi sonadək davam etmədi. Papa tədricən Napoleonun Avropada hegemonluq niyyətlərini məhdudlaşdırmağa çalışırdı. Buna görə də, I Napoleon 1809-cu ildə Roma Papasının 756-cı ildən bəri olan hakimiyyətinə son qoydu, Papa vilayətini Fransaya ilhaq etdi, bütün kardinalları Parisə köçürdü, Romanı imperiyanın ikinci şəhərinə çevirdi. Cavabında Papa VII Piy Napoleonu kilsədən xaric elan etdi və lənətlədi. Napoleon Papanı əvvəlcə Qrenobla, sonra isə Savona göndərdi ki, orada nəzarət altında yaşamalı oldu. Bu vəziyyət imperiyanın sonuna qədər davam etdi.

Konsulluq dövründən etibarən Napoleon hakimiyyətin legitimliyini Avropa dövlətlərinə qəbul etdirmək üçün həm nikah, həm də sülalə ənənələrinə müraciət etmişdir. Lakin İspaniya ilə sülalə müqaviləsini bərpa etmək mümkün olmadı. Əvəzində 1810-cu ildə Jozefinadan ayrılan Napoleon Avstriya şahzadəsi Mariya Luiza ilə evləndi və ondan qanuni varis əldə etdi.

Napoleonun Avropa siyasəti güc və siyasətin sintezinə əsaslanırdı. Artıq formalaşmış Bonopartizmin əsas xüsusiyyəti daxili və xarici siyasətdə inqilaba qədərki Fransanın mövqelərinin bərpa olunmasına yönəlmişdi. İnqilab dövründə yaranmış bir milyonluq Fransa ordusu Fransanın xarici siyasət uğurlarının başlıca vasitəsi idi. Məhz Napoleonun dövründə fransız respublikası öz mövcudluğunu Avropa dövlətlərinin hamısına qəbul etdirmişdi. Napoleonun xarici siyasətində mərkəzi yerlərdən birini də antifransız koalisiyasına qarşı mübarizə tuturdu. Kompo Fomino sazişindən sonra Avstriya I koalisiyanın üzvləri sırasından çıxarıldı. Lakin Rusiya diplomatiyasının siyasi və iqtisadi yardımı nəticəsində Avstriya çox tezliklə II koalisiyanın üzvləri sırasında göründü.

Fransaya qarşı II koalisiyanın yaranması İngiltərənin fəaliyyəti ilə bağlıdır. 1798-ci ildə Napoleonun Misir ekspedisiyasına göndərilməsi İngiltərənin Fransaya qarşı mübarizə planlarına ümid və reallıq gətirmişdir. 1798-ci ilin iyununda İngiltərə Rusiya və Avstriya ilə olduqca fəal diplomatik danışıqlar aparırdı. I koalisiyadan fərqli olaraq, II koalisiyada İngiltərə donanmasının hərbi əməliyyatlarda fəal iştirakı nəzərdə tutulurdu. Müttəfiqlik sazişi əvvəlcə İngiltərə və Rusiya arasında imzalandı. Sonra Avstriya, İsveç və Neapol krallığı bu sazişə qoşuldu. İtalyan knyazlıqlarını sazişə daxil etməklə, İngiltərə Fransanın qüvvələrini parçalamağı nəzərdə tuturdu. Bu məqsədlə İtalyan knyazlıqlarına qarşı maliyyə yardımından və şantajdan istifadə olunurdu. Türkiyənin II koalisiyaya qoşulması Fransız donanmasının Türkiyə üçün yaratdığı təhlükə ilə bağlı olmuşdur. Lakin Türkiyə fəal hərbi əməliyyatlarda iştirak etmədi. Koalisiya iştirakçılarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi və daxili zidiyyətlərin mövcudluğu 1802-ci ildə koalisiyanın da dağılmasına səbəb oldu. II koalisiyanın dağılması Napoleonun Avropa üzərində hərbi-siyasi üstünlüyü demək idi. Bu dövrdən etibarən I Napoleon Avropa hegemonluğu iddiasına düşmüşdü. 1803-1805-ci illər arasındakı dövrdə Napoleonun Avopadakı diplomatik uğurları və hərbi qələbələri yalnız İngiltərə və Rusiya tərəfindən etiraf olunmurdu. İmperiya dövrünün əvvəlindən etibarən Taleyranın məsləhəti ilə İngiltərənin Avropa kontinentindən təcrid olunması planı hazırlanmağa başlanmışdı.

Napoleon 1805-ci il Trafalqar döyüşündən sonra xüsusilə açıq şəkildə İngiltərəyə qarşı iqtisadi blokada siyasətini yeritməyə başlamışdı. Bu dövrdə Avropanın cənubu və şimalındakı bir sıra ərazilər Napoleon imperiyasının tərkibinə qatılmış və bu imperiya 72 milyonluq əhalisi olan nəhəng bir dövlətə çevrilmişdi. Halbuki, Avropanın ən böyük ölkəsi olan Rusiyanın 36 milyon nəfər əhalisi var idi. Fransız siyasi xadimlərindən Syulli vaxtilə xəbərdarlıq edirdi ki, dövlət saxlaya biləcəyindən artıq əraziyə malik olduqda hökmən düşmən dövlətlərinin koalisiyası ilə üzləşir və yaranmış vəziyyətdən çıxış yolunu ancaq silah həll edir. Fransanın ərazisinə 1805-ci ildə yalnız Avstriya və Prussiya, həmçinin Avropanın şimalındakı kiçik knyazlıqlar qatılmamışdı. Fransanın çox sürətlə La-Manş boğazına yaxınlaşması İngiltərəni-ciddi şəkildə təhlükəsizlik tədbirləri görməyə vadr edirdi. I Napoleon məhz bu dövrdə " üç dumanlı gecə və 30 minlik ordu kifayətdir ki, İngiltərənin taleyi həll olunsun" demişdi. Çox tezliklə İngiltərə III koalisiyanın yaradıcılarından birinə çevrildi. Başlıca diplomatik danışıqlar yenə aralarındakı dərin ziddiyyətə baxmayaraq, İngiltərə və Rusiya arasında gedirdi. İngiltərə yaranmış şəraitdə Rusiyanın Cənubi Qafqaz ekspansiyası ilə barışmalı olmuşdu. İngilis diplomatiyası çalışırdı ki, Rusiyanın hərbi qüvvələri sürətlə öz mövqelərini dəyişərək Avropa sərhədlərinə keçirilsin. Rusiyanın hadisələr müdaxiləsi, xüsusilə rus sərkərdəsi A. Suvorovun 1799-cu ildə And dağlarından keçidi ilə əlaqədar xeyli güclənmişdi və bu Fransanın daimi narahatlıq mənbəyi idi. III koalisiyada Avstriya və Prussiyanın iştirakına imkan verməmək üçün Napoleon əsas diqqəti hərbi sahəyə yönəltməli olmuşdu.

Yaranmış şəraitdə, ilk növbədə, İngiltərə ilə Rusiya arasında yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar intensivləşdi. Rusiya diplomatiyasının səyləri nəticəsində 1804-cü ilin mart-aprelində Danimarka və Prussiya, ilin sonunda isə Avstriya və İsveçrə birgə müdafiə haqqında konvensiya imzaladılar. 1805-ci ilin aprelində Peterburqda analoji konvensiya İngiltərə ilə Rusiya arasında imzalandı. 1805-ci ilin sentyabrında Türkiyə III koalisiyaya qoşuldu və Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Səbəb Fransanın Misirə müdaxiləyə hazırlaşması ilə bağlı idi. Neopolitan krallığının qoşulması ilə bağlı koalisiyanın yaradılması prosesi başa çatdı. Koalisiya qüvvələrinin dislokasiyası I Napoleonu son dərəcə sürətli hərəkət etmək qarşısında qoydu. Trafalqar döyüşündə (1805 oktyabr) məğlubiyyətinə baxmayaraq, Austerlis döyüşündə (1805, dekabr) müttəfiqləri məğlubiyyətə uğradan I Napoleon III koalisiyanı da dağıtmağa müvəffəq oldu.

1806-cı ilin sentyabrında I Napoleona qarşı IV koalisiya yaradıldı. Onun tərkibinə Prussiya, Rusiya, İngiltərə və İsveç daxil idi. Fransa qoşunlarının Avropanın şimalına doğru sürətli hərəkəti nəticəsində 1806-cı il noyabrın 19-da Berlin tutuldu. Noyabrın 21-də Napoleon burada 2 tarixi sənəd imzaladı: “1. Müqəddəs Roma imperiyasının buraxılması haqqında dekret. Bu sənədə əsasən, 962-ci ildə yaranan və tarixi ədəbiyyata I Reyx adı ilə daxil olan imperiyaya son qoyuldu. Napoleon eyni zamanda özünü həmin imperiyanın varisi kimi apararaq parçalanmış alman knyazlıqları ilə bağlı bir sıra öhdəliklər götürdü. 2. Kontinental blokada siyasəti haqqında dekret. Bu dekretə görə, Avropa kontinentindəki müstəqil və yarımmüstəqil dövlətlərin hamısı İngiltərə ilə siyasi, iqtisadi və ticarət əlaqələrini kəsirdilər. Rusiya yalnız Tilzit sülhündən (1807, iyul) sonra həmin siyasətə qoşulmuşdu. İngiltərə mallarının əsas alıcıları Avropa dövlətləri idi. İngilis mahudu və kanatı Avropa dövlətlərinin hamısının hərbi bazasına daxil idi. Lakin Avropa tarixində qaçaqmalçılıq heç zaman 1806-1809-cu illər arasında olduğu qədər olmamışdı. Ona görə də, Kontinental blokada siyasəti İngiltərə mallarına görünməmiş yüksək qiymət gətirdi. Bu siyasət Rusiya tacirlərinə olduqca ağır zərbə endirirdi. Napoleon Rusiyanın başının cənubda hərbi əməliyyatlara qarışmasından məharətlə istifadə edirdi. Avropada dramatik hadisələrin genişləndiyi dövrdə Rusiya cənubda İran (1804-1813) və Türkiyə (1806-1812) ilə müharibələr aparılsa da, Avropa siyasətində hərbi əməliyyatlarla yanaşı diplomatiyaya da-ciddi fikir veriridi. Aparılmış hərbi əməliyyatlardakı uğurlara, diplomatik danışıqlardakı üstünlüklərə (xüsusilə Tilzit sülhündən sonra) baxmayaraq, Napoleonun Avropa hegemonluğuna nail olması reallaşmadı. 1807-ci ilin sentyabrında imperatorların Erfrut görüşündən sonra Taleyran Rusiyaya Fransa ilə müttəfiqlik münasibətlərinə girməməyi tövsiyə etmişdi, I Aleksandr bunu nəzərə almışdı. IV koalisiyanın hərbi əməliyyatlarda uğursuzluğu çox tezliklə Rusiyanın Fransaya münasibətdə götürdüyü siyasi xətti dəyişməyə vadar etdi. Nəticələrindən asılı olmayaraq rus və fransız imperatorlarının Erfrut görüşü bunun siyasi təsdiqi idi. Koalisiya iştirakçılarından yalnız İngiltərə ona ayrılmış tale ilə barışmadı və aralarında-ciddi ziddiyyətlərin olmasına baxmayaraq Rusiya ilə yaxınlaşmaq üçün müxtəlif faktorlardan istifadə etdi. İngiltərə Türkiyəyə təzyiq göstərərək Cənubi Qafqazdakı hərbi əməliyyatların başa çatmasında müəyyən rol oynadı. İngiltərənin Rusiya ilə danışıqlarının başlıca məqsədi Rusiya hərbi qüvvələrinin pərakəndəliyini aradan qaldırmaq və onları Napoleon Fransasına qarşı yönəltmək idi.

1808-ci ilin sonu- 1809-cu ilin əvvəllərində Fransaya qarşı V Koalisiya yarandı. Bu Koalisiya Avstriya və İngiltərə hərbi-siyasi ittifaqına əsaslanırdı. Koalisiya qüvvələri, demək olar ki, hərbi əməliyyatlarda iştirak etmirdilər. Bu, Avstriyanın ağır məlubiyyətinin başlıca faktoru idi. 1809-cu ilin oktyabrında Avstriya ilə Fransa arasında Şenbun müqaviləsi imzalandı. V koalisiya dağıldı. Napoleon dönə-dönə qeyd edirdi ki, onun Avropa hegemonluğunun reallaşmasına mane olan Rusiyadır və Rusiyanın aradan qaldırılması üçün Napoleonun siyasi tədbirləri çox tezliklə hərbi təzyiqlə əvəzləndi. 1812-ci ilin yazında Rusiya sərhəddinə Fransanın 640 min nəfərlik ordusu toplaşmışdı. Rusiyanın hərbi qüvvələri isə I Aleksandrın komandanlığı altında 3 hissəyə parçalanmış və ölkənin qərb səhədləri boyunca səpələnmişdi. Rus ordusunun Baş qərargahına şotland mənşəli Barklay de Tolli başçılıq edirdi. General A. R. Tormosovun ordusu cənub-cinahda idi. General Rumyantsevin ordusu isə şimalda Fransaya qarşı əks cəbhədə yerləşmişdi. Hətta rus qoşunları vahid cəbhədə yerləşsəydi belə, cəmi 230-240 min nəfərlik heyətə malik idi ki, bu da Napoleonun qüvvələri ilə müqayisədə olduqca az idi. Napoleonun Rusiyaya yürüşü 1812-ci ilin iyun-dekabr aylarını əhatə edir. İyulun 24-də Neman çayını keçən fransız qoşunları böyük qələbələr əldə etsələr də, üç cəbhəyə bölünmüş rus ordusunun M. İ. Kutuzovun rəhbərliyi altında birləşdirilməsinə mane ola bilmədilər. Borodino döyüşündə ruslar məğlub olub döyüş meydanindan qacdılar. Napoleon Moskvanı tutdu, lakun ərzaq catışmaması, nəqliyyat əlaqəsinin mümkünsüzlüyü və rus ordusunun gizlınməsi və hücuma hazırlaşması onun geri cəkil məsinə səbəb oldu. Bu zaman rus qoşunlarının əks hücumu başladı. Tədricən I Napoleonun müttəfiqləri ondan uzaqlaşmağa başladılar.

1812-ci il dekabrın sonuna qədər davam edən döyüş əməliyyatlarından sonra Napoleonun Avropa cahangirliyinə meydan verən ordusundan cəmi 3 min nəfərlik dəstə Berezna çayını keçərək Fransaya qayıda bildi. Napoleon ordusunun Rusiyada məğlubiyyəti bütün Avropada milli-azadlıq hərəkatına təkan verdi. 1813-cü ilin yanvar-fevralı üçün Rusiya yeni antifransız koalisiyasının iştirakçısına çevrildi, VI koalisiya yaradıldı. Onun tərkibinə İngiltərə, Rusiya, İsveç, Avstriya, Prussiya, İspaniya və Portuqaliya daxil idilər. Bu zaman koalisiyanı yaratmaqla Rusiya 2 məqsəd güdürdü: 1. Napoleon ilə mübarizəni sona çatdırmaq üçün hərbi qüvvələrin mərkəzləşməsi və vahid idarəçiliyə nail olmaq; 2. Napoleon ilə Avropa dövlətlərindən hər hansı biri arasında separat danışıqların və sülhün bağlanmasına imkan verməmək.I Aleksandr hər iki məqsədin reallaşması üçün Varşavada liderlərin görüşünün keçirilməsini planlaşdırırdı. Lakin M. İ. Kutuzovun vəfat etməsi onun planlarını dəyişdi.I Aleksandr şərt kimi I Napoleonla danışıqlara başlamamağı Prussiyanın, Avstriyanın və İngiltərənin nümayəndələrinə çatdırmışdı. 1814-cü ilin martında Fransaya qarşı qüvvələri vahid komandanlıqda birləşdirən İngiltərə, Rusiya, İsveç, Prussiya, İspaniya, Portuqaliya və Avstriyanın daxil olduğu Şamon ittifaqı yaradıldı. Bu ittifaqı Rusiyanın əvvəldə qeyd etdiyimiz niyyətləri şərtləndirirdi. Məhz Şamon ittifaqı Napoleona qarşı mübarizəni sona çatdırdı. 1814-cü il martın 31-də müttəfiq qoşunları Parisə daxil oldu. Fransanın cənubunda Napoleon əsir götürüldü və Elba adasına sürgün edildi. 1814-cü il mayın 30-da Fransa ilə I Paris sülh müqaviləsi imzalandı. Müqavilə Fransaya heç bir ağır şərt qoymurdu. Müttəfiqlər gözləmə mövqeyi tutaraq Fransada təkrar qisasçılığın baş qaldırmasının qarşısını almaq istəyirdilər. Lakin koalisiyanın təntənəsi uzun sürmədi. 1815-ci il martın 1-də Napoleon Elba adasını tərk edərək Fransada görünür və hakimiyyətini bərpa edərək müttəfiqlərlə son döyüşə hazırlaşır. Napoleonun aşkarladığı 1815-ci il 3 yanvar gizli sazişi də müttəfiqlərin arasını vura bilmir. 1815-ci ilin iyununda baş vermiş Vaterloo döyüşündə Napoleon əsir götürülür və Müqəddəs Yelena adasına sürgün olunur. I Paris sülhünün şərtləri Fransanın zərərinə olaraq II Paris sülhü ilə ağırlaşdırılır, ölkənin üzərinə 700 min frank təzminat qoyulur və-ciddi nəzarət rejimi yaradılır. Müharibənin nəticələrinin aradan qaldırılması və onun "bəhrələrinin" bölüşdürülməsi üçün Vyanada beynəlxalq konqres çağırılır. Vyana konqresinin qərarları Avropanın ictimai-siyasi həyatında silinməz izlər qoymuşdur.



N.Bonapart 1821-cildə Müqəddəs Yelena adasında vəfat etmiş və Cənazəsi 1840-cı ildə Parisə gətirilmiş və öz vəsiyyətinə əsasən, Sena çayının sahillərində dəfn edilmişdi.

Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin