Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan



Yüklə 89,1 Kb.
səhifə6/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   2   3   4   5   6   7   8   9   ...   24
Mühazir yt 4

İnqilabın başlanması. Fransa maarifçiləri üçüncü silkin maraqlarını əks etdirirdilər. Hansı ki, bu təbəqə də ümumi ölkə əhalisinin 96 faizini təşkil edirdi. İqtisadi münasibətdə güclü olan ticarət və sənayeni əlində saxlaya bilən burjuaziya üçüncü silkin nisbətən maariflənmiş təbəqəsi idi. Onlar da heç bir siyasi hüquq əldə edə bilmədilər. Odur ki, onlar bu hüququ əldə etməyə çalışdılar. Lakin bu məqsədə çatmaq üçün bütün dövlət sistemini yenidən qurmaq məcburiyyətində idilər. Xalq kütləsi də həm kənddə, həm də şəhərdə dövlətin yeritdiyi vergi siyasəti və onun yığılmasından son dərəcə narazı idilər. 1788-ci ildəki məhsulsuzluq ili isə ölkədə bahalığa səbəb olmuşdur. Bahalığa qarşı kütləvi çıxışlar isə qorxulu xarakter almışdır. Ərzaq çatışmazlığı, 80-ci illərdə beynəlxalq ticarətin liberallaşması ilə eyni vaxta düşən böhran təsərrüfatda durğunluğu daha da dərinləşdirdi. Fransa İngiltərə ilə fəal ticarət barəsində saziş imzalamışdır. Elə hesab edirdilər ki, bu saziş gələcəkdə Fransa üçün sərfəli ola bilər. Lakin bu müqavilə sayəsində udan tərəf Fransanı daha ucuz malları ilə dolduran İngiltərə tacirləri və sənayeçiləri oldular.

1789-cu ilin erkən baharında Fransa kəndli çıxışları bürümüşdü. Həmin ilin aprel ayında Paris fəhlələri iri sənayeçilər olan Revelona və Anrionun evlərini dağıtdılar. Qəza dəstələri ilə toqquşmalar oldu. Bir qədər uzaqgörən dövlət xadimləri bir sıra islahatlar keçirməyə cəhd etdilər. Bununla onlar xalqı sakitləşdirib, kral hakimiyyətini möhkəmləndirməyə çalışırdılar. Burjuaziya nümayəndələrinin tələbi ilə kral ölkənin baş maliyyə nəzarətçisi vəzifəsinə bankir Jak Nekkeri qaytardı. Nekker Baş Ştatların çağırılmasını məsləhət gördü. (Hanski ki, 1614-cü ildə çağrılmırdı) Hekkerin fikri Baş Ştatlarda maliyyə böhranın müzakirə edib ondan çıxış yolları tapmaq idi. 1789-cu ilin əvvəllərində Fransanın dövlət borcu 4, 5 milyard frank təşkil edirdi və borc götürülmüş pulun faizini verməyə pul çatışmırdı.

XVI Lüdovik Baş Ştatların çağrılmasına qərar verdi. Ənənəyə görə hər bir silk(təbəqə) Baş Ştatlarda 200 nəfərlik nümayəndə ilə təmsil olunmalı idi. Lakin kral göstəriş verdi ki, üçüncü təbəqədən olan nümayəndələrin sayı din xadimləri və zadəganların sayı qədər artırılsın. Maariflənmiş dairələrdə Baş Ştatların çağırılmasına və bu müddətdə gələcəkdə dərin dəyişikliklərin olmasına və bütün təbəqələrin hüquqlarının bərabərləşdirilməsi kimi baxırdılar.

Baş Ştatlara seçkilər 1789-cu ilin yazında keçirildi. Qanuna görə bu seçkilərdə zadəganlar və din xadimləri, eyni zamanda 25 yaşına çatmış və adları vergi verənlər siyahısında olan sadə adamlar da iştirak edə bilərdilər. Baş Ştatların iclası 5 may 1789-cu ildə Versal sarayında açıldı.

Silki səsverməyə qarşı çıxış edən 3-cü silk iyunun 12-də özünu bütun xalqun seçkili nümayəndəsi kimi Milli Məclis elan etdi. İclac zalı kral tərəfindən bağlandığına görə 20 iyunda əl topu oyunları zalına toplaşaraq Konstitusiya hazırlananadək dağılmayacaqlarına and icdilər.Tezlikləonlara zadəganlrın bir hissəsi və din xadimlərinin isə xeyli hissəsi(aşağı təbəqə) qoşuldu. 23 iyunda kralın dağılışmaq qərarına tabe olmayan Milli Məclis özünü 9 iyulda Milli Müəssislər məclisi elan etdi. Kral Müəssislər Məclisini ordunun köməyi ilə dağıtmaq ucun 11 iyulda Nekkeri Parisə divan tutmağa hazır olan baron Breteyllə əvəz etdi.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin