5.6.Cevirici anlayışı
Çıxışı olan avtomatlar çevirici adlanır.Vəziyyətlər çoxluğunu təsvir rdən funksiyanın formasından, çıxış simvollarının çoxluğundakı giriş simvollarından,yeni vəziyyətlərdən,həm də işçi lentin tipindən asılı olaraq çeviricilərin müxtəlif formaları var.
Sonlu avtomat çeviricilərinə baxaq.Sonlu çevirici altılıq şəklində olur:
P = (К, X, Y, f, g, q0), haradaki,
K –sonlu vəziyyətlər çoxluğu;
X –giriş əlifbası;
Y –çıxış əlifbası;
f –keçidlər funksiyası;
g –çıxışlar funksiyası;
q0 –ilkin vəziyyət.
F və g təsvirləri avtomatların müxtəlif formasını təyin edir.Əgər K ⋅ X –in Y-ə keçidini təsvir edirsə,onda son çevirici sinxron adlanır.Ümumi halda bu təsvir aşağıdakı kimi olur: K ⋅ X → Y*.
Əgər P = (К, X, Y, f, g, q0) –sonlu çeviricidir.Onda S(x) = g(q0,x) təsviri x ∈ X* zənciri üçün sonlu çevirici adlanır.
Qeyd edək ki, x giriş zənciri ceviricini ilkin vəziyyətdən son vəziyyətə çevirirsə,onda y zənciri x giriş zəncirinin çevirməsidir.
Dostları ilə paylaş: |