5.7.2.Mur avtomatı
Mur avtomatı beşlik şəklində olur U = (К1, X, Y, f1, h),haradaki:
K1 – avtomatın vəziyyətlər çoxluğu;
X - giriş əlifbası ;
Y - çıxış əlifbası ;
f1 - keçidlər funksiyası ( K ⋅ X → K təsviri);
h - çıxışlar funksiyası (K ⋅ X → Y təsviri).
Mur avtomatını qrafla təsvir edərkən, əyrilərgiriş əlifbasının simvolları ilə ,qrafın hər bir zirvəsi isə çıxış əlifbasının vəziyyətləri və simvolları ilə təsvir edilir.
Mili və Mur avtomatlarının formal müqayisəsi zamanı elə görünə bilər ki, Mur avtomatı girişdən asılı olmayan Mili avtomatı ilə verilə bilər,yəni belə ki, Mili avtomatının çıxış funksiyası aşağıdakı şərtləri ödəyir:
∀ a ∈ X, ∀ b ∈ X, ∀z ∈ Z (g(z, a) = g(z, b)).
Ancaq daxil olan tərifə uyğun olaraq Mur avtomatının fəaliyyətinə uyğun deyil.Mur avtomatında keçidlərin vəziyyətləri arasındakı və çıxış müvəqqəti əlaqə başqa cür qurulmuşdur.Mili avtomatında çıxış,avtomatın növbəti vəziyyətə keçidi zamanı əmələ gələn vəziyyətə uyğun olur.Mur avtomatında isə əvvəl çıxış əmələ gəlir,sonra isə növbəti vəziyyətə keçid.Belə ki,cıxış avtomatın vəziyyəti ilə təyin edilir.
Dostları ilə paylaş: |