5.7.Mili və Mur avtomatları
Mili və Mur avtomatları adsız avtomatlardır. S(x) =g(q0, x) təsvirində avtomatın ilkin zaman anında q0 -ilkin vəziyyətini qeyd edək.Bu son çevrilmə prosesinə öz təsirini göstərir.Beləki,təkcə nəticə zəncirini deyil, həm də giriş zəncirləri şoxluğunu təyin edir.
Verilmiş istənilən vəziyyətlə öz işini başlayan adlı avtomatların işinə baxaq.Belə avtomat girişə sonsuz uzunluqlu bir zəncir alır və onu emal edir.Əgər onun ilkin vəziyyəti məlum deyilsə,onda belə çeviricinin müəyyən təsirlərə reaksiyası əvvəldən məlum olmur,ona görə də praktik əhəmiyyətə malik iki məsələni həll etmək lazımdır:
1)Onun işini tədqiqinə başlayarkənolan vəziyyətinin təyin edilməsi;
2)Əməliyyat qurtardıqdan sonra son vəziyyətinin təyin edilməsi.Bu vəziyyət növbəti təcrübələr seriyası zamanı başlanğıc olacaqdır.
Dostları ilə paylaş: |