2.MY-avtomatın azalan təhlili
Azalan təhlil zamanı hər hansı bir qayda tətbiq olunur.İlkin anda bu aksiomdur.Azalan təhlildə işləyən MY-avtomatın alqoritmi aşağıdakı kimi olur.
1)İlkin anda maqazinə aksiom yazılır: p0, ε, ε → p1, S;
2)Hər bir A→ϕ∈P qaydası üçün maqazinin başındakı terminal qaydanın sağ hissəsi ilə əvəz olunur: p1, ε, A → p1, ϕ;
3)Hər bir a∈VT terminalı üçün giriş lentindəki simvolla maqazinin başındakı simvol müqayisə olunur. p1, a, a →p1, ε
4)Təhlil aşağıdakı əmrlə başa çatır: p1,ε,B0 → f, B0.
Əvvəlki misalda verilən qrammatikaya əsasən o, giriş zəncirinin azalan strategiya ilə təhlili aşağıdakı əmrlər vasitəsilə yerinə yetirilir:
1)Aksiomun maqazinə yazılma əmri: p0, ε, ε → p0, S;
2)Qaydanın sağ tərəfindəki terminalın dəyişmə əmrləri:
p1, ε, S → p1, S+A
p1, ε, S → p1, S/A
p1, ε, S → p1, A
p1, ε, A → p1, a
p1, ε, A → p1, (S);
3) Müqayisə və yeyilmə (udulma,yox edilmə) əmrləri:
p1, a, a → p1, ε
p1, +, + → p1, ε
p1, /, / → p1, ε
p1, (, ( → p1, ε
p1, ), ) → p1, ε;
4)Təhlilin sona çatma əmri: p1, ε, B0 → f, B0.
Buradan belə nəticəyə gəlmək olar ki,əgər zəncir verilmiş qrammatikadan əmələ gələn dilə məxsusdursa,onda avtomatın fəaliyyətini göstərən variantlardan biri düzgün təhlil aparacaqdır.Əgər zəncir dilə aid deyilsə,təhlilin heç bir variantı bir nəticəyə gəlməyəcəkdir.
Dostları ilə paylaş: |