Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması
və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki
tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir. Bu
kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də
mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları
fövqəladə hallarda
adamların daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür
və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət
məqsədilə istifadə edilməlidir.
Fövqəladə hallar qəflətən yaranan hallarda
belə xüsusi qurğular
əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
MM qurğularının təyinatı, təsnifatı
Böyük şəhərlərdə və iri obyektlərdə
əhalinin mühafizəsi üçün
əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar
tikilir ki,
bunlardan sülh
dövründə təsərrüfatın ehtiyacları üçün istifadə edilməlidir.
Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat
və sosial planlara
uyğun olaraq nazirliklərin və baş idarələrin tikinti təşkilatları tərəfindən
əsaslı təmir və ya yenidən qurulma zamanı inşa edilirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların
tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.