MÜŞAHİDƏ ŞURASI
KLUBLA TANIŞLIQ
«Neftçi» PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura
üzvləri - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Sadıq Sadıqov,
Mübariz Zeynalov, Səməd Qurbanov, Bəhram Bağırzadə klubun
təlim-məşq bazası ilə tanış olublar. Müşahidə Şurasının üzvləri
bazanın ərazisini gəzdikdən sonra «Neftçi»nin məşqini izləyib və
komanda üzvləri ilə görüşüblər.
5
MÜŞAHİDƏ ŞURASI
İLK İCLAS
13.04.2015-ci il tarixdə "Bakcell Arena"da "Neftçi« PFK-nın
Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda "Neftçi" PFK-nın yeni
strukturu təsdiq edilib.
"Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsi təsis
edilib və bu vəzifə Vəli Qasımova həvalə edilib.
İclasda klubun muzey və “Fan shop” layihələrinin hazırlanması ilə
bağlı qərar qəbul edilib.
6
|