Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
3
MÜŞAHİDƏ ŞURASI
TƏSİS OLUNMASI
31.03.2015-ci il tarixdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin
rəhbərliyi ilə keçirilmiş iclasda “Neftçi” PFK-nın Müşahidə Şurasının
yaradılması ilə bağlı qərar qəbul edilib.
R.Abdullayev: “Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə
Şurası yaradılsın. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan
sonra qərara gəldik ki, futbol klubunu idman klubunun tərkibinə
verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Artıq
"Neftçi" Futbol Klubunda Müşahidə Şurası yaradıldı. Düşündük ki,
şurada tanınmış simalar yer alsın”.
AFFA-nın İcraiyyə Komitəsinin qərarına və SOCAR rəhbərliyinin
göstərişinə əsasən Müşahidə Şurasına aşağıdakı şəxslər seçilib: Sədr -
Çingiz Abdullayev, üzvlər - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov,
Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Bəhram
Bağırzadə.
4
|