SƏNƏDLƏŞMƏ
STATİSTİKA ( SON BİR İLDƏ )
Kadr
İşçilər
Əmək müqaviləsi
50
Xidməti müqavilə
159
Həvəskar müqavilə
249
Əmrlər
Kadr əmri 65
Ezamiyyət əmri 79
İnzibati əmr 80
Şəxsi əmr 48
Məktublar
Daxil olan 400
Yazılan 776
Arayışlar
85
Hüquqi
tənzimlənmiş
müqavilə
111
144
MEDİA
MEDİA VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR DEPARTAMENTİ (MİƏD)
MİƏD
Neftçi TV
Rəsmi sayt
Rəsmi
Facebook
səhifəsi
Rəsmi
Instagram
səhifəsi
Rəsmi
Twitter
səhifəsi
Rəsmi
Vkontakte
səhifəsi
Kalibri
sistemi
145
MEDİA
RƏSMİ SAYT (www.neftchipfk.com)
«Neftçi» PFK-nın yeni saytının yaradılması prosesinə 01.11.2015-
ci il tarixdə başlanıb. Saytın hazırlanması üçün “Kvant” şirkəti ilə
müqavilə imzalanıb. Yeni rəsmi sayt “Neftçi” PFK-nın
yaranmasının 79-cu ildönümü günündə istifadəyə verilib.
Xüsusi dizaynı və geniş imkanları ilə seçilən saytın hazırlanması
prosesində Avropanın ən məşhur klublarının təcrübəsindən
istifadə olunub.
146
MEDİA
Statistika
Seanslar: 9 033
İstifadəçilər: 5 056
Səhifələrin baxılma sayısı: 38 760
Seansın orta müddəti: 03:30
Yeni seanslar: 55,95%
Coğrafiya
Azərbaycan – 79,73%
Rusiya – 5,21%
Sudan – 2,29%
ABŞ – 1,82%
Ukrayna – 1,39%
147
MEDİA
RƏSMİ SAYT (www.neftchipfk.com) / ONLİNE FANSHOP
Rəsmi saytımızda “Online fanshop” azarkeşlərimizinn ixtiyarına
verilib. Bu bölmədə azarkeşlər üzərində klubumuzun rəmzi olan
orijinal məhsulları sifariş edə bilirlər.
Qeyd edək ki, "Neftçi” PFK-nın orijinal məhsulları başqa heç bir
mağazada satılmır.
Bizim məqsədimiz günün 24 saatı azarkeşlərimizə yüksək səviyyəli
xidmət göstərməkdir.
148
MEDİA
WWW.FACEBOOK.COM/NEFTCHİPFK
“Neftçi” PFK-nın rəsmi Facebook səhifəsi 2011-ci ildə yaradılıb.
2015-ci ilin yanvar ayında səhifə administrasiya tərəfindən rəsmi
olaraq təsdiqlənib. 01.04.2015-ci ildə “Neftçi” PFK-nın rəsmi
səhifəsindəki abunəçilərin sayı 142000 idisə, 01.04.2016-cı ildə bu
rəqəm 165000 nəfərə çatıb. Yəni, il ərzində “Neftçi” PFK-nın
rəsmi Facebook səhifəsinin abunəçilərinin sayı 23000 nəfər artıb.
Hazırda “Neftçi” PFK-nın rəsmi Facebook səhifəsi istifadəçi sayına
görə Azərbaycan klublarının hamısını üstələyir.
Rəsmi səhifə abunəçiləri arasında digər ölkələrdən olan
istifadəçilər də var. Təkcə Türkiyədən 12000 abunəçi “Neftçi”
PFK-nın rəsmi Facebook səhifəsini izləyir.
149
WWW.FACEBOOK.COM/NEFTCHİPFK
Klubun rəsmi Facebook səhifəsində maraqla qarşılanan daha bir
məqam burada keçirilən yarışmalarla bağlıdır.
2015/2016 mövsümündən etibarən “Neftçi” PFK-nın rəsmi Facebook
səhifəsində “Selfçi”, “Lenovo-Neftçi”, “Sevimli futbolçu” kimi
müsabiqələr təşkil olunub. Müsabiqələrin qaliblərinə klub tərəfindən
hədiyyələr təqdim edilib.
Rəsmi səhifədə klubun yaranma tarixindən indiyə kimi əldə etdiyi
uğurlar ilbəil göstərilib.
Klubun rəsmi Facebook səhifəsində hər ev oyunundan öncə toplantı
yaradılır.
150
MEDİA
WWW.İNSTAGRAM.COM/PFCNEFTCHİ
“Neftçi” PFK-nın rəsmi Instagram səhifəsi 2014-cü ilin oktyabr ayında
yaradılıb. Hazırda səhifənin 10200 izləyicisi var. Səhifədə indiyə kimi
ümumilikdə 1200 paylaşım edilib. Bu paylaşımlar arasında “Neftçi”
PFK-nın keçirdiyi oyunlardan fotolar, qısa maraqlı videolar yer alıb.
2015/2016 mövsümündən etibarən “Neftçi” PFK-nın rəsmi
Instagram səhifəsində bir neçə uğurlu yenilik edilib. Hər oyundan
əvvəl start heyətində yer alan futbolçuların foto slaydı azarkeşlərə
təqdim olunur. Bununla yanaşı, hər matçda qol vuran futbolçunun
fotosu dərhal Instagram izləyiciləri ilə paylaşılır.
151
MEDİA
WWW.YOUTUBE.COM/PFKNEFTCHİ
“Neftçi” PFK-nın rəsmi Youtube kanalı Neftçi TV 10.09.2014-cü il
tarixində yaradılıb. 2014-cü ilə qədər təxminən 2000-ə yaxın
abunəçisi olan Neftçi TV son bir ildə izləyicilərinin sayını 4298-ə
çatdırıb.
İndiyə kimi Neftçi TV-nın paylaşdığı videolara 487414 nəfər baxıb. Bu
isə ümumilikdə 1011535 dəqiqə deməkdir.
Neftçi TV son bir ildə abunəçilərinə 200-ə yaxın videosüjet təqdim
edib. Bu videolardan 101-i 2015/2016 mövsümündə hazırlanıb.
152
MEDİA
WWW.VK.COM/PFCNEFTCHİ / WWW.TWITTER.COM/PFC_NEFTCHI
“Neftçi” PFK-nın Vkontakte sosial şəbəkəsindəki rəsmi səhifəsi
07.01.2015-ci ildə yaradılıb. Bu səhifə əsasən klubun rusdilli
auditoriyası üçün nəzərdə tutulub. Səhifənin 724 abunəçisi var.
Səhifədə mütəmadi olaraq “Neftçi” PFK-nın oyunları ilə bağlı video
və fotolar paylaşılır. İndiyədək 282 paylaşım edilib.
“Neftçi” PFK-nın Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsi
01.10.2014-cü ildən etibarən fəaliyyət göstərir. Səhifə əsasən ingilis
dilli auditoriya üçün nəzərdə tutulub. Son bir ildə səhifədə 1000-dən
çox paylaşım edilib. Rəsmi səhifənin ümumilikdə 4822 abunəçisi var.
153
MEDİA
KOMMUNİKASİYA PLANI
2015/2016 mövsümünün əvvəlindən başlayaraq Media və
İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən aylıq kommunikasiya
planı hazırlanır. Kommunikasiya planı klubun bütün departament və
şöbələrinin iştirakı ilə hazırlanır və müvafiq olaraq departament və
şöbələrə paylanır. Hər ayın sonunda hazırlanan plana əsasən növbəti
ayda keçiriləcək tədbirlər və ictimaiyyətə çatdırılacaq xəbərlər
öncədən müəyyənləşdirilir. Kommunikasiya planında “Neftçi” PFK-
nın əsas və aşağı yaş qrupu komandalarının oyunları haqqında
xəbərlər, video və fotolar, eləcə də müxtəlif səpkili tədbirlər öz əksini
tapır.
154
İDEYA
İCRA
PLAN
MEDİA
VİDEO/FOTO ARXİV
«Neftçi» PFK elektron arxiv formalaşdırmağa başlayıb.
Bu məqsədlə Azərbaycan Dövlət Milli Arxivindən tarixi
əhəmiyyətli fotolar və videolar əldə edilib.
“Neftçi” PFK-nın sovet dövründə keçirdiyi oyunlardan hazırlanmış
çoxsaylı videojurnallar əldə edilib.
AFFA-nın arxivindən komandanın son illərdə keçirdiyi oyunların
foto arxivi alınıb. Burada “Neftçi” PFK-nın 2004-cü ildən indiyə
kimi keçirdiyi vacib oyunlarından fotolar yer alıb.
155
MEDİA
KALİBRİ SİSTEMİ
01.09.2015-ci il tarixdən etibarən “Neftçi” PFK mətbuatda dərc
olunan yazı və xəbərləri daha operativ əldə etmək məqsədilə
“Kalibri” şirkəti ilə əməkdaşlığa başlayıb. Şirkət gün ərzində hər saat
yenilənən xəbərləri klubun əməkdaşlarına göndərir. Bu sistem
sayəsində klub barəsində KİV-də yayılan məlumatlar daha sürətli və
dəqiq şəkildə əldə edilir.
156
Dostları ilə paylaş: |