Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə149/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   207
N 349

neqativ (mənfi)
induksiya 
ilə bərabər 
pozitiv (müsbət)
induksiya da mövcuddur ki, bu zaman tənzimləyici 
genin zülal məhsulu operonun funksiyasını fəallaşdıraraq, 
repressor
kimi deyil, 
fəallaşdırıcı – aktivatar
rolu oynayır. Operon 1, yaxud 2 promotordan və 1 
terminatordan ibarət olmaqla, prokariotların operonunda quruluş genlərin sayı 1-
12 arasında tərəddüd edir. Hər bir operonda intişar tapan quruluş genlərin hamısı 
yalnız bir biokimyəvi prosesin fermentlərinin sisteminin təmin olunmasına 
zəmin yaradır. Lakin hüceyrədə müxtəlif operonun fəaliyyətini tənzimləyən
uzlaşdıran sistemlər də mövcuddur. Genetik kodun tənzimlənməsi prosesinin 
mexanizmində prokariotlarda və eukariotlarda ümumi qanunauyğunluq əsasında 
xeyli fərqli xüsusiyyətlər vardır. Eukariotlarda quruluş genləri öz fəallığına görə 
şərti olaraq bir neçə tipə bölünür. 1-ci tipə orqanizmin bütün hüceyrələrində 
fəaliyyət göstərən genlər aiddir. Onlar enerji mübadiləsini kodlaşdıran 
fermentlərin amin turşularının sintezini təmin edən fermentlərin, membran və 
quruluş zülallarının sintezinə nəzarət edirlər. 2-ci tipə eyni toxumalarda fəaliyyət 
göstərən, xüsusilə sümük toxumalarında kollagenə və əzələ toxumasının 
hüceyrələrində miozinə nəzarət edən genlər aiddir. 3-cü tipə məhdud çərçivə 
daxilində differensiasiya olunmuş funksiyaları yerinə yetirən, lakin olduqca 
vacib sayılan hüceyrələrdə fəaliyyət göstərən (eritrositlərdə qlobulin, endokrin 
sistemində hormonların sintezini kodlaşdıran) genlər aiddir. Heyvanların hər bir 
hüceyrəsində 10-20-min arasında tərəddüd edin fərqli m-RNT-nin mövcud 
olmasına baxmayaraq, onların əksəriyyəti yalnız 10-a qədər nüsxələrdə təmsil 
olunur. Beyin hüceyrələrində m-RNT-nin polimorfizmi (çox müxtəlifliyi) daha 
çox üstünlük təşkil edir. Eukariot hüceyrələrin m-RNT-si, prokariotlarınkına 
nisbətən uzun müddət hüceyrədə fəaliyyət göstərməsi və öz funksiyasını 
itirməməsi ilə səciyyələnir. Belə ki, heyvanlarda m-RNT-nin bəzi tipləri 
ovogenez prosesi zamanı sintez edilərək yumurta hüceyrəsində lokalizasiya 
olunur, mayalanmadan sonra ribosomlarda fəaliyyət göstərir və embrional 
inkişafa öz pozitiv təsirini göstərir. Eukariotların operonunda yalnız bir quruluş 


154 
geni yerləşdiyi halda, prokariotlarda bu fərqli olur. Heyvan orqanizmində sintez 
olunan hormonlar siqnal rolu oynamaqla, əvvəlcə hüceyrələrdə spesifik zülal-
repressor sintez edilir, sonra isə onların özü müxtəlif genlərin fəaliyyətini 
induksiya edir, tənzimləyir. Eukriotlarda zülal sintezinin tənzimlənməsi yalnız 
translyasiya çərçivəsində həyata keçirilir ki, bu prosesin stimullaşmasında bəzi 
amin turşularını fəallaşdıran fərqli n-RNT tipləri və fermentlər iştirak edirlər. 
Amin turşularının böyük əksəriyyəti 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin