Fяxrяddиn mustafayev


Səfərov Yunis BaxĢəli oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə57/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   207
N 349

Səfərov Yunis BaxĢəli oğlu
(1926-1994) 
 
Baytarlıq təbabəti elmləri doktoru, professor, 
tanınmış mikrobioloq, epizootoloq, «Şərəf nişanı» 
ordenli Yunis Baxşəli oğlu Səfərov uzun müddət 
ADAU-nun baytarlıq təbabəti fakültəsinin dekanı, 
«Epizootologiya, mikrobiologiya və virusologiya» 
kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, 
«Epizootologiya», «Baytarlıq mikrobiologiyası», 
«Baytarlıq virusologiyası», «Baytarlıq işinin 
təşkili və iqtisadiyyatı», «Arıların infeksion
xəstəlikləri», 
«Balıqların infeksion
xəstəlikləri» və s. ali məktəb dərsliklərinin və dərs vəsaitlərinin müəllifı 
olmuşdur. Alimin elmi tədqiqatlarının əsas istiqamətini heyvan və quşların bəzi 
infeksion 
xəstəliklərinin 
epizootoloji, 
patogenetik
-
patomorfoloji 
xüsusiyyətlərinin, diaqnostikası və profılaktikasının öyrənilməsinə həsr olunan 
fundamental-tətbiqi xarakterli axtarışlar təşkil edir. Azərbaycanda ilk
dəfə olaraq 
qoyunların 
anaerob 
infeksiyaları 
törədicilərinin 
(qoyunların 
infeksion 
enterotoksemiya, 
bradzot, 
quzuların 
anaerob 
dizenteriyası) 
həssaslığı, 
davamlılığı, yaşama müddəti və dəyişkənliyi məhz onun tərəfindən 
öyrənilmişdir. Alimin rəhbərliyi ilə mikrobiologiya, epizootologiya və 
virusologiyanın ən aktual problemlərinə həsr edilmiş 12 namizədlik və 1 
doktorluq dissertasiyası hazırlanmışdır. Y.Səfərovun rəhbərliyi ilə onun xələfləri 
(S.Culfayev, 
R.Qədimov, 
Ş.Ələsgərov, 
E.Hüseynov, 
Ə.Məmmədov, 
İ.Məmmədov, M.Qurbanova, N.Əbdülhəlimov, R.Əliyev, S.Canməmmədov, 
A.Abbasov, İ.Nağıyev və b.) qaramal, qoyun, donuz və quşların bəzi yoluxucu 


51 
xəstəliklərinin (qaramalın, donuzların pasterellyoz, qoyunların infeksion mastit, 
bradzot, quzuların anaerob dizenteriya, quşların kolibakterioz, salmonellyoz) 
törədicilərinin torpaqda, suda, peyində, binalarda, xidmət əşyalarında və s. 
yaşama müddətini, Günəş şüalarının, temperaturun, dezinfeksiya maddələrinin, 
antibiotiklərin, sulfanilamid və nitrofuran qrupu preparatlarının təsirinə 
davamlılığını, həssaslığını, genetik əlamət və xassələrinin dəyişkənliyini ətraflı 
öyrənmişlər. Baytarlıq təbabəti tarixində ilk dəfə olaraq Y. Səfərovun rəhbərliyi 
ilə kənd təsərrüfatı heyvanlarının və quşların bəzi infeksion xəstəliklərinə qarşı 
assosiasiya olunmuş və kompleks vaksinasiya üsulu tətbiq edilmiş və eyni adlı
(rus dilində) monoqrafıya hazırlanmışdır. Alimin rəhbərliyi ilə heyvan və 
quşların bəzi yoluxucu xəstəliklərinin törədicilərinin əsas genetik əlamətləri və 
xassələrinin (morfoloji, fizioloji, kultural, biokimyəvi, patogenetik, antigenlik və 
s.) dəyişilməsi mexanizmi və dinamikasını öyrənmək üçün təcrübə heyvanları 
(ağ siçan, hind donuzu, göyərçin, toyuq, ada dovşanı, qoyun) üzərində bioloji 
sınaq qoyulmasından, mikroorqanizmlərin onların orqanizmindən passaj 
olunmasından və attenuasiyasından geniş istifadə edilmişdi 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin