53
"Camış südündən pendirçilik sənayesində səmərəli istifadə edilməsi yolları"
mövzusunda məruzə etmişdir. Professor C..Axundov ―Qafqaz‖ camış cinsinin
yaradılmasında fəal iştirak etmiş müəlliflərindən biri kimi SSRİ Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Tədris, tədris-metodiki və
elmi-tədqiqat işləri ilə yanaşı, 1933-cü ildən başlayaraq fədakarlıqla çalışan və
öz mənalı həyatını belə bir şərəfli sahəyə həsr edən C.Axundov 1934-1935 və
1949-1951-ci illərdə ADAU-nun zootexniklik fakültəsinin dekanı, 1938-1941-ci
illərdə isə həmin universitetin aspirantura şöbəsinin müdiri, 1944-1947-ci illərdə
Azərbaycan Heyvandarlıq-Təcrübə Stansiyasında
baş elmi işçi, 1942-1975-ci
illərdə 33 il müddətində "Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi və
südçülük işi" kafedrasının müdiri, 1962-1963-cü illərdə Tədris İşləri üzrə pro-
rektor vəzifələrində işləmişdir. C.Axundovun
elmi-pedaqoji fəaliyyəti və
Respublikanın aqrar elminin inkişaf etdirilməsindəki xidmətləri Azərbaycan
Dövləti tərəfindən yüksək qiymətləndirilərək ona 1966-cı ildə Azərbaycan
Respublikasının "Əməkdar Elm Xadimi" adı verilmişdir. O, orden,
medal və
fəxri fərmanlarla mükafatlandırılmışdır.
Dostları ilə paylaş: