Fяxrяddиn mustafayev


genetik olaraq proqramlaşdırırlır



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə116/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   207
N 349

genetik olaraq proqramlaşdırırlır.
Həm 
hüceyrədaxili proseslər, həm də neyronlar arasındakı əlaqə hüceyrələrin genetik 
ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının neyronları yalnız 
özünün ikinci neyronları ilə əlaqəyə girir. Onlar eşitmə və s. sistemin neyronları 
ilə heç bir əlaqəyə girmir. Bu hal beyinin bütün şöbələrinin və orqanların 
neyronları üçün spesifik xarakter daşıyır və çox böyük əhəmiyyətə malikdir. 
Genlərin dəsti (yığımı) inkişafda olan sinir hüceyrələrinin hansı tipə və sinir 
kələfinə aid olacağını əvvəlcədən müəyyənləşdirir. Neyronların hansı quruluşa, 
formaya, xassələrə malik olması də genetik determinasiyaya uyğun olaraq for-
malaşır. Sinir kələflərinin 3 genetik determinasiya olunmuş tipi-
ierarxik, lokal 
və divergent 
– ayırd edilir. 
İerarxik sinir kələfləri (toru)– 
neyronlararası əlaqə yaradan sensor və 
lokomator liflərdə mövcuddur. Bu zaman sinir sisteminin yuxarı şöbələrinə 
daxil olan impulslar orada sintez və analiz olunduqdan sonra əvvəlcə birinci
sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa
beyinin spesifik motor-hərəki neyronları ilə işçi orqana-əzələyə ötürülür. 
Beləliklə, informasiyaların işçi orqana ötürülməsi 
ierarxik səviyyədə
-yuxarı 
hökmran sisteminin (baş beyinin) neyronlarından aşağı-ona tabe olan liflərə 
ötürülməsi üçün konkret komanda-əmr verilir və onlar əzələlərin müəyyən qrup 
hüceyrələrinə ötürülür. Bu sistem informasiyaların çox dəqiq və çevik 
ötürülməsini təmin edən ən fəal determinasiya olunmuş neyron qrupu sayılır. 
Həmin prosesdə 
konvergensiya
(bir səviyyənin bir neçə neyronu digər 
səviyyənin həmin sayda neyronları ilə əlaqəyə girir), yaxud 
divergensiya
(bir 
səviyyənin neyronunun digərinin çoxlu sayda neyronları ilə əlaqəyə girməsi) 
nəticəsində informasiyalar filtrasiya olunur (süzülür) və siqnallar çox güclənir. 
Neyronların yaralanmalar, xəstəliklər, insult, şişlər zamanı informasiyaları 
keçirmə qabiliyyəti itdikdə, yaxud çox zəiflədikdə konvergensiya və 
divergensiya onların «köməyinə çataraq» bəzi şanslar verir. Belə ki, bir 
səviyyənin neyronları nisbətən məhv edildikdə, zədələnmiş hüceyrələr fəallaşır 
və onların da funksiyalarını öz üzərlərinə götürürlər. İerarxik sistemi təkcə 
sensor və motor liflər üçün deyil, həm də başqa sistemlər üçün də müvafiq 
köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir. 


113 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin