Fяxrяddиn mustafayev


Fasiləli (arasıkəsilən-dizputiv) seçməyə



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə191/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   207
N 349

Fasiləli (arasıkəsilən-dizputiv) seçməyə 
misal olaraq süd məhsul-
darlığına və südün yağlılığına görə inəklər arasında 2 istiqamətli-fasiləli 


190 
seçmənin aparılmasını göstərmək olar. Belə ki, südlük istiqamətli qaramalın 
seçməsi aparılarkən populyasiya 2 fərqli qrupa-yüksək süd məhsuldarlığına, az 
yağlılığa və aşağı süd məhsuldarlığına, yüksək yağlılığa malik olanlara bölünür. 
Beləliklə, bu zaman populyasiya mələz, yaxud hibrid subpopulyasiyalarına 
ayrılaraq bir-birindən əlamətlərinə görə kəskin surətdə fərqlənirlər. İstənilən 
formada aparılan seçmələr xarici mühit amillərinin təsirindən asılı, əsas 
əlamətlər və orqanlar isə seçmənin təsirinə daha çox həssas olur və dəyişikliyə 
məruz qalır. Populyasiyalarda aparılan seçmənin onun genetik quruluşunun 
dəyişilməsinə və səmərəliliyinə yetişdirmə üsullarının daha güclü təsir 
göstərməsini nəzərə alaraq çarpazlaşdırma və qohumlar arasında cütləşməyə 
(inbridinq) xüsusi üstünlük verilir. Bu zaman populyasiyada genetik tarazlıq 
pozulduğundan panmiksiya prinsipi öz gücünü tamamilə itirir. Həm 
heyvandarlıqda, 
həm 
də 
bitkiçilikdə 
çarpazlaşdırma 
aparılarkən 
populyasiyalarda heteroziqot fərdlər yaranır və onların məhsuldarlıq əlamətləri 
müsbət istiqamətdə dəyişilir. İnbridinqdə isə proses əksinə baş verir, homoziqot 
fərdlərin sayı üstünlük təşkil edir, balavermə və həyat funksiyaları çox azalır, 
bəzən isə onlar məhv olurlar. Beləliklə, genofondda arzu olunmayan əlamətlər 
qiymətli və arzu olunan əlamətlərlə əvəz olunur, seçmənin səmərəsi yüksək olur 
və yaxşılaşdırma müsbət istiqamətlərə yönəldilir. 
Qan qatma çarpazlaşdırma 
aparıldıqda alınan I-nəsil mələzlər arasında az 
məhsuldar, xəstəliklərə qarşı davamsız olan heyvanlar çıxdaş olunur, onların 
üzərində əsaslı seçmə aparılır, yaxşılaşdırıcı törədicilərdən istifadə olunur, 
populyasiyanın genofondunun sabitliyi təmin edilir və seleksiya rasional nəticə 
verir. Seçmənin populyasiyaya təsirini yekunlaşdıraraq bu zaman 3 əsas üsula 
istinad olunur: 
1.
Dominant əlamətlərə çox üstünlük verərək onları saxlamaq və 
resessivləri çıxdaş etmək: 
p

AA+2rqAa+q
2
2.
Resessiv əlamətlərə üstünlük verərək onları saxlamaq və dominantları 
çıxdaş etmək: 
p
2
+2pqAa+q
2
aa 
3.
Heteroziqot fərdləri saxlamaqla bərabər hər iki homoziqotların tədricən 
çıxdaş edilməsi: 
p

+2pqAa+q
2
Populyasiyaların genotiplərinin xarici mühit amillərinə göstərdiyi 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin