Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə24/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   207
N 349

irsiyyət və dəyişkənlik
təşkil edir. Bu iki amil canlı 
materiyanın təkamülünü təmin edən aparıcı qüvvə sayılır. 
İrsiyyət – orqa-
nizmlərin nəsillərarası maddi və funksional xüsusiyyətlərini daşıyan, əks 
etdirən, nəsildən nəsilə ötürən xassəsi olmaqla, müəyyən xarici mühit şəraitin-
də onların fərdi, spesifik, xarakterik inkişafını təcəssüm etdirir. İrsiyyət orqa-
nizmlərinin çoxalma prosesi zamanı öz irsi əlamət və xassələrininin nəsildən 
nəsilə ötürülməsindən ibarət olub, ayrı-ayrı növlərə mənsub olan xüsusiyyət-
lərin populyasiyalarda dayanıqlı olaraq davam etməsini təmin edir.
İrsiyyətin 
nəsildən nəsilə ötürülməsi mexanizminin və dinamikasının öyrənilməsi, bir 
qayda olaraq, həmişə genetika elminin ən aktual problemi olmuşdur. 
İrsi əlamət 
və xassələr qeyri-cinsi, cinsi və vegetativ çoxalma yolu ilə nəsildən nəsilə
valideynlərdən onların törəmələrinə ötürülür.
Cinsiyyət hüceyrələri somatik 
(bədən) hüceyrələrinə nisbətən çox azlıq təşkil etməklə genlər vasitəsilə irsi 
informasiyaları ontogenezin dəqiq planı əsasındı (hər bir fərdin xarakterik 
xassələrini) formalaşdırır. Cinsi çoxalma zamanı qametlərin qarşılıqlı 
assimilyasiyası nəticəsində yeni fərdlər həm ata, həm də ananın əlamətlərinə 
malik olur. 
Dəyişkənlik – isə orqanizmlər arasında bəzi əlamət və xassələrinə 
görə fərqlərin baş verməsidir. İrsiyyət, dəyişkənlik və seçmə təkamülün əsası 
və təkan verici qüvvəsidir.
Yer kürəsində bioloji müxtəlifliyin mövcud olması 
məhz onların təşəkkül tapması nəticəsində olmuşdur. İrsiyyət və dəyişkənliyin 
qanuna uyğunluqları yeni heyvan, bitki və mikroorqanizm ştammlarının yaradıl-
ması üçün çox böyük zəmin yaradır. 
Məşhur genetik S.M.Qerşenzon genetikanın öyrəndiyi nəzəri problemləri 4 
əsas qrupa bölmüşdür: 
– genetik informasiyanın saxlanması (genetik informasiyanın harada və 
necə kodlaşdırılması); 
– genetik informasiyanın hüceyrədən hüceyrəyə və nəsildən nəslə verilməsi; 
– ontogenez prosesi zamanı genetik informasiyanın reallaşması; 
– mutasiya prosesi zamanı genetik informasiyanın dəyişilməsi. 
Dəyişkənliyin əsas mahiyyəti genlərin dəyişməsindən və onların qarşılıqlı 
dialektik vəhdətindən ibarətdir. Müasir dövrdə genetika elmi biologiyanın əsas 
mərkəzi prioriteti sayılmaqla seleksiya, bioloji kimya, fiziologiya, təbabət, 
baytarlıq təbabəti, ekologiya, ətraf mühitin mühafizəsi, İKT, nanotexnologiya
biofizika, kibernetika və s. elmlərlə dialektik və qarşılıqlı vəhdət təşkil edir. 
Genetika və baytarlıq təbabətinin inteqrasiyasının məntiqi nəticəsi kimi son 
zamanlar baytarlıq təbabəti genetikası yaranmışdır. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin