Fяxrяddиn mustafayev


Həsənov Hüseyn Heydər oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə53/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   207
N 349

Həsənov Hüseyn Heydər oğlu
(1932) 
 
AMEA-nın 
akademiki, 
biologiya 
elmləri 
doktoru, professor, Nyu-York Akademiyasının 
üzvü, əməkdar elm xadimi, A. İ. Qarayev adına 
Fiziologiya institutunun sabiq direktoru, «Beyin və 
davranış» şöbəsinin müdiri Həsənov Hüseyn Hey-
dər oğlunun elmi, pedaqoji və ictimai fəaliyyəti 
milli elmimizin tarixində ən önəmli yerlərdən birini 
tutur. H. Həsənov elmi-tədqiqat fəaliyyətinə 1954-
cü ildə Fiziologiya institutunda əvvəlcə laborant, 
sonra aspirant, 1957-ci ildən isə kiçik elmi işçi kimi 
başlamışdır. O, 1958-ci ildə dissertasiya müdafiə edərək, biologiya elmləri 
namizədi alimlik dərəcəsi almış, 1961-ci ildən baş elmi işçi vəzifəsinə 
keçirilmiş, 1967-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 
1968-ci ildə elmi işlər üzrə direktor müavini təyin edilmiş və 1969-cu ildən 
etibarən Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya 
institutunun direktoru, eyni zamanda Beyin və davraniş şöbəsinin davranış və
təlim laboratoriyasının rəhbəri təyin edilmişdir. O, 1972-ci ildə AMEA-nın 
müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir. Onun elmi-tədqiqat 
fəaliyyəti akademik A.İ.Qarayevin rəhbərliyi altında başlamış və bu 
tədqiqatların böyük hissəsini mərkəzi sinir sisteminin tənzimlənmə mexanizm-
lərinin vegetativ funksiyalarının öyrənilməsi və onların orqanizmin daxili 
mühitinin(homeostazın) tənzim edilməsində rolu kimi mühüm məsələlərin 
tədqiqi təşkil edir. Bu problem üzərində işləyərkən o, interoreseptorların 
qlikemik reaksiyalara təsiri, baş beyin qabığı strukturaları, limbik retikulyar 
kompleksinin qlikohomeostazın tənzim edilməsində rolu, ontogenezdə 
qlikohomeostazın tənzim edilməsinin sinir mexanizmləri, interoreseptiv 
siqnalların öyrənilməsinin neyrofizioloji və neyrokimyəvi mexanizmləri, 
inteqrasiya, eləcə də qabıq və qabıqaltı əlaqələr və funksiyaların lokalizasiyası 
kimi elmi tədqiqat istiqamətləri yaratmışdır. Həmin çoxcəhətli tədqiqatların 


47 
nəticələrində daxili analizator sistemin qabıq morfo-funksional strukturları haqqında 
məlumatlar toplanmış, hippokamp, amiqdala, hipotalamus kimi limbik strukturların 
beyin qabığında visseral təsirlərin formalaşması və interoreseptiv qlikemik reaksiya-
ların tənzimlənməsində mühüm rolu aydınlaşdırılmışdır. H. Həsənovun bu sahədəki 
tədqiqatlarının nəticələri, eləcə də onun rəhbərliyi altında aparılan işlər interoreseptiv 
mübadilə reflekslərinin sinir tənziminin qanunauyğunluqlarını müəyyən etməyə imkan 
vermişdir. Onun fəaliyyəti fundamental problem olan analizator funksiyaların 
təkamülü, inteqrasiya, mürəkkəb davranış formalarının fizioloji və biokimyəvi 
əlaqələrin izah edilməsinə yönəldilmişdir. Məhz elmi fəaliyyət çərçivəsinin hərtərəfli 
sayı nəticəsində H.Həsənov nəinki fiziologiya sahəsində, eləcə də Azərbaycanda 
səhiyyə və fizika sahəsindəki alimlərlə elmi əməkdaşlıq edir ki, bu da ali sinir fəaliy-
yətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicə olunması üçün kompleks 
tədqiqatlar aparılmasina imkan yaradır. .H. Həsənovun adı fiziologiyanın mühüm 
problemlərinin böyük tədqiqatçısı kimi təkcə Azərbaycanda deyil, həm də 
respublikadan kənarda da məşhurdur. Onun işləri respublika, mərkəzi və xarici 
mətbuatda nəşr olunur. O, özünün elmi məlumatları və ümumi nəticələri ilə 
Ümumdünya konqressləri, qurultayları və simpoziumlarında iştirak etmişdir. Onun 
işləri xarici konfrans və konqreslərə (Macarıstan, Ruminiya), Ümumdünya 
fizioloqlar konqreslərə (Münhen, Dehli), ali sinir fəaaliyyətinə həsr olunmuş 
Ümumdünya konqresinə (Praqa), Eksperimental nevroz simpoziumuna (Berlin) və 
beynin İnteqrativ fəaliyyəti (Veymar), XVII Beynəlxalq fizioloji elmlər konqresinə 
(Paris), Beynəlxalq fizioloji elmlər konqresinə (Budapeşt), «İnterbeyin» xətti nlə III

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin