ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə116/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   112   113   114   115   116   117   118   119   ...   175

DOXSAN BİRİNCİ KƏRAMƏT

DEDİ: SİZİ ALLAHA AND VERİRƏM, SİZ DƏ «YA ƏBUL FƏZL!» DEYİN.


Höccətul-islam vəl-müslimin hacı şeyx Məhəmməd Nəcəfi Zəncani öz xatirəsində Zəncan alimlərindən belə yazır:

Təxminən 1950-ci ildə mübarək Ramazan ayında təbliğdən ötrü Qum şəhərindən Zəncanın Tarim məntəqəsinə getmişdim. Oranın Zəhturabad kəndində vəzifəmi yerinə yetirib Ramazan ayı qurtarandan sonra Zəncana gəlməyə hazırlaşdım. O vaxt kənddə at və qatırdan başqa nəqliyyat vasitəsi yox idi. Ona görə də bir neçə nəfərlə birlikdə bir arabanı kirayə edib Zəncana tərəf hərəkətə başladıq. Onlar mənə çox hörmət göstərib əşyalarımı da yüklədilər. Özümü də bir qatıra mindirdilər. «Qızıl üzən» çayını keçdikdən sonra dağdan keçməliydik. Qarşıda bizi qorxulu və təhlükəli yollar gözləyirdi. Onlar istirahət (həm özləri həm də heyvanları yedizdirmək) üçün dayandılar. Bu vaxt yükünün əyilməsinə görə qatırlardan biri az qalırdı üzü dərəyə yuvarlansın. Hamılıqla dedik ki, əgər dərənin dibinə düşsə daha sağ qalmaz. Qatırın sahibi cavan və kasıb bir oğlan idi. O, yanığlı qəlblə fəryad etdi:

Ya Əbul Fəzl Abbas, özün kömək ol!

Sonra bizə üz tutub dedi:

And verirəm Allaha, siz də «Ya Əbul Fəzl Abbas! deyin.

Biz də hamılıqla fəryad etdik: Ya Əbul Fəzl Abbas!

Bir an içində qatır ayaqları üstə düzəldi və belindəki yükü yerə ilişib dayandı. Əgər bir az da hərəkət etsəydi dərənin dibinə düşəcəkdi. O vaxt daha sağ qalmazdı.

Yükləri açıb qatırı çəkib xilas edərək yola çıxartdılar. Qatır sahibi ağlayaraq həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) kəramətini yad edirdi.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin