ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


YÜZ İYİRMİ İKİNCİ KƏRAMƏT



Yüklə 1,54 Mb.
səhifə145/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   141   142   143   144   145   146   147   148   ...   175

YÜZ İYİRMİ İKİNCİ KƏRAMƏT

«BİR SAATDAN SONRA HACƏTLƏRİN ALDILAR!»


Höccətul-islam vəl-müslimin Seyyid Mürtəza Müctehidi Sistani «Əsrari- Müvəffəqiyyət» kitabının 2-ci cildində yazır:

1949-cu ildə bir neçə aylıq İraqda ziyarətgahlarda qalmalı oldum. Tez-tez həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində olurdum. Xəstələrin öz hacətlərini almalarını dəfələrlə müşahidə etmişdim. Bə`zən, xəstələr özlərini zirehə bağlayır və bir saat keçməmiş şəfa alıb gedirdilər. Bu vaxt ərəb qadınları öz adətlərinə görə hacətlərini aldıqdan sonra zəvvarlara şirni-noğul paylayır və həl-hələ edirdilər. Onların e`tiqadları o qədər güclü olurdu ki, bə`zən hacətə gələndə qabaqcadan şirni-noğul gətirirdilər. Xəstə şəfa alan kimi dərhal sevinib şirni paylamağa başlayırdılar və Həzrətə təşəkkür edirdilər.

Günlərin birində cavan bir divanəni üç gün zirehə bağladılar. Qohumları onun ətrafını tutmuşdular. Təəccüblənirdilər ki, niyə görə Həzrət şəfa verməyib? Xəstənin üç günə şəfa alması və gecikməsi onlara çox təəccüblü gəlirdi. Onlar qəti yə`qinliklə hacətlərinin alacaqlarını bilirdilər. Sidq niyyətlə müraciət etdikdə tez öz hacətlərinə çatırdılar. Belə hadisələrdən mən dəfələrlə müşahidə etdim. Bütün bunlar həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bərəkətindən idi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin