ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


YÜZ İYİRMİ BEŞİNCİ KƏRAMƏT



Yüklə 1,54 Mb.
səhifə148/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   144   145   146   147   148   149   150   151   ...   175

YÜZ İYİRMİ BEŞİNCİ KƏRAMƏT

«SƏN BİZİM ƏSGƏRİMİZSƏN, BİZ SƏNƏ KÖMƏK EDƏCƏYİK!»


Qafqaz zabitlərindən Əli Mollayev adlı birisi 1979-cu ildə Sovet hökumətinin Əfqanıstanı işğal etdiyi dövrlərdə əfqan mücahid müsəlmanlarına həmlə etməkdən ötrü mə`muriyyət alır

Amma, özü müsəlman və müsəlman oğlu olduğundan müsəlmanla döyüşmək istəmirdi. Başqa tərəfdən amansız Sovet dövlətinin əmrini icra etməliydi. Müsəlmanlara həmlə etməkdən bşqa bir çarə görmür. Lakin bütün həmlələrdə əvvəlcədən həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua edir ki, mən bu döyüşdə iştirak edə bilməyim.

Əfqanlılara hücuma keçməmişdən bir gecə əvvəl yuxuda görür ki, həzrə Əbul Fəzl Abbasın (əleyhissalam)hərəmindədir. Həzrət özü onu qarşılayıb buyurur:

«Sən bizim əsgərimizsən, sənə kömək edəcəyik!»

Bu vaxt Əhməd Rəhman Quliyev adlı bir şəxsi də çağırıb hər ikisinə buyurdu:

Bir-birinizə inanıb birlikdə iş görün. Müsəlman Əfqanıstanın nicatı üçün cihad edin!

Əli Mollayev yuxudan ayılıb səhərə kimi yata bilmir. Səhərisi sübh yuxudan durub öz dəstəsinə gedir. Təəccüblü hadisə ilə rastlaşır. Birdən yalnız yuxuda gördüyü zabitlə öz dəstəsində rastlaşır. İxtiyarsız halda çağırır:

Cənab Rəhman Quliyev sənsən?

Bu zabit dəhşətə gəlmiş halda cavab verməyib susur. O da indiyə qədər görmədiyi bir zabitdən bu sözə təəccüblənirdi. Onlar bir-birinə gizlində baxdıqdan sonra zabit, Əli Mollayev özünə gəlib dedi:

Cənab Əhməd Rəhman Quliyev! Mən hələ səhər yeməyi yeməmişəm. Onlar hər ikisi yeməkxanaya gedirlər. Mə`lum olur ki, hər ikisi eyni yuxunu görüblər. Onları yuxuda həzrət Əbul Fəzl Abbas(əleyhissalam) tanış etmişdir. Fərq bunda idi ki, zabit Əhməd Rəhman quliyev Əli Mollayevin üzünü görməmiş amma, onun planından xəbəri vardı!

Bəli! Bu iki zabit həzrət Əbul Fəzl Abbas(əleyhissalam) vasitəsi ilə bir-birlərini tanıdıqdan sonra köməkli şəkildə Əfqanıstan mücahidlərinə silah-sursat verməyə başlayırlar və başqa yerlərdə də köməklərinə çatırlar. Sonradan hər iki zabit Pakistana gedir. Sənd şəhərində çıxan qəzet bu iki zabitin başına gələn hadisəni dərc etməklə özünü iftixarlı qəzet hesab edir. Bu iki mö`min zabit hazırda Həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətindən Pakistanın universitetində tədris edirlər.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin