YÜZ İYİRMİ YEDDİNCİ KƏRAMƏT «HİNDİSTANIN ŞAHI ŞƏFA TAPIR.»
Hüseyn Hali Hindistanlı yazır:
Bahadur şah Zəfər Dehlidə xəstələnir. Müxtəlif müalicələr edir, amma faydası olmur. Mirzə Sədr Şükuh nəql edir ki, əgər padşah sağalsa Lekenho şəhərində olan «Əbul Fəzl Abbas (əleyhissalam) dərgahı» adlı ziyarətə gedib oraya ələm təqdim edəcəkdir.
Şah şəfa tapdıqdan sonra həmin ziyarətgaha qızıldan bir ələm bağlatdırır.
HƏZRƏT ƏBUL FƏZL ABBASIN (Ə) ƏHLİ-SÜNNÜLƏRƏ KƏRAMƏTİ.»
(Səkkiz kəramət)
YÜZ İYİRMİ SƏKKİZİNCİ KƏRAMƏT «NƏYƏ GÖRƏ ƏBUL FƏZL ABBAS (Ə) ADINA EHSAN SÜFRƏSİ AÇMISAN?
Cənab höccətul-islam vəl-müslimin Şeyx Ruhullah Qasimpur yazır:
1995-ci ildə İranın Kürdüstan əyalətində tədrislə məşğul idim. Sünni qardaşlardan biri bizi də`vət etdi ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına ehsan süfrəsi açmışam. Çox təəccübləndik. Hər halda qəbul etdik. Cümə günü idi. Bu sünni qardaşın evinə getdik. İki otaq ağzına kimi sünni qardaşlarla dolu idi. İki otağın ortasında mənim söhbət etməyimdən ötrü xırda mənbər düzəltmişdilər. Məni də`vət edən sünni qardaş da yanımda idi. Söhbətimin əvvəlindən axırına qədər çox xohşal idi. Sünni xanımlardan söhbət arasında tez-tez əlimə pul qoyurdular və deyirdilər:
Bu həzrət Əli Əkbər(əleyhissalam) nəzridir! Bu həzrət Əli(əleyhissalam) Əsğər(əleyhissalam) nəzridir!
Mənbərdən sonra məni nahara də`vət etdilər. Nahardan sonra vidalaşanda mənə zəhmət haqqı vermək istədilər. Mən qəbul etməyib dedim: Sizin mənə öz evinizdə Kərbəla Ələmdarı barədə söz deməyə icazə verməyiniz kifayətdir. O, qəbul etmədi. Mən pulu qəbul etmək məcburiyyətində qaldığım üçün onun qarşısına bir şərt qoydum. Soruşdum ki, siz nəyə görə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) adına süfrə açmısınız. Cavab verdi ki, indi söyləyərəm:
Mənim ürək xəstəliyim var idi. Nə qədər həkimə müraciət etdimsə faydası olmadı. Hətta, Təbrizli məşhur həkimə də müraciət etdim. Lakin heç bir nəticə vermədi. Bütün həkimlərdən əlimi üzüb evə gəldim. Hər tərəfdən naümid olmuşdum. Anam bizə gəlib dedi:
Oğlum halın necədir?
Dedim: Nə hal soruşursan?
Dedi: Həkimə getmək istəmirsənmi?
Dedim: Hansı həkimə getdimsə faydası olmadı.
Dedi: Mən bir həkim tanıyıram ki, bir nüsxə yazmaqla şəfa tapırsan.
Dedim: Bu həkim kimdir? Adı nədir? Evi haradadır?
Dedi: Onun xəstəxanası və növbəsi yoxdur.
Dedim: Anacan, bu həkim kimdir? Mən dərddən ölürəm.
Dedi: Həkimin adı həzrət Əbul Fəzl Abbas (əleyhissalam) həzrət Əli (əleyhissalam) oğlu!.
Dedim: Bizim ki, onlarla əlaqəmiz yoxdur və onlarla aramız yaxşı deyil.
Anam dedi: Onlar böyük şəxsiyyətlərdir. Bəxşiş və şəfa onların əlindədir.
Bu sözlərdən sonra qəlbim rahatlaşdı. Anam məndən ayrılıb nəvəsinin yanına getdi. Yavaş-yavaş dua etmək halı tapdım. Dedim:
Ya həzrət Əbul Fəzl Abbas (əleyhissalam) sənin tə`rifini çox eşitmişəm! Mənə bu dərddən nicat ver! Ey ağa! Əgər ata-anan haqq olublarsa mənə şəfa ver!
Çoxlu ağladıqdan sonra yuxuya getdim. Yuxuda gördüm ki, bir parça nur evimizə daxil oldu. Başımın üstə gəlib dedi: Qalx!
Dedim: Bir dayan. İndi bir az özümə gəlmişəm, qoy yatım.
İkinci dəfə buyurdu: Sənə deyirəm ki, qalx!
Dedim: Qoysana istirahət edəm. Sən kimsən axı?
Dedi: Sən kimisə çağırmısan?
Tez duam yadıma düşdü. Buyurdu:
Mən Əbul Fəzl Abbasam! Nə istəyirsən?
Ərz etdim: Qəlbim xəstədir. Daha taqətim yoxdur. Mənim qəlbimə bir əlac et! Bu anda Həzrət yoxa çıxdı!
O halda yuxudan oyandım. Anamın və uşaqlarımın yanına getdim. Onlar mənim özümün yuxudan durduğumu görəndə təəccübləndilər. Dedilər:
Nə olub? Niyə yerindən qalxmısan?
Dedim:
Anacan! Sənin xəstəxanasız həkimin gəlib şəfa verib getdi!
Dostları ilə paylaş: |