HƏZRƏT ƏBUL FƏZL ABBASIN (Ə) QAFİLLƏRƏ VƏ MÜTƏKƏBBİRLƏRƏ QÜDRƏTİNİ GÖSTƏRMƏSİ (ON SƏKKİZ TƏNBEH)
BİRİNCİ TƏNBEH «HƏZRƏT DƏ SƏNİNLƏ ZARAFAT EDİB!»
Mərhum Hacı-şeyx Müctəba Lənkərani nəql edir:
Bir dstə dostlarla birlikdə Nəcəfül-Əşrəfdən Kərbəlaya ziyarətə getdik. Kərbəlaya çatmamışdan dostlar ixtilaf etdilər ki, əvvəl imam Hüseyn (əleyhissalam)-ın ziyarətinə gedək, yoxsa, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) ziyarətinə gedək. Dostlardan biri dedi:
Xeyr! İmam Hüseyn (əleyhissalam)-ın ziyarətinə gedəyin. Sonra əlavə etdi: Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) ziyarəti çox da mühüm deyil. Getsək gedərik, getməsək də eybi yoxdur.
O, bizimlə imam Hüseyn (əleyhissalam)-ın ziyarətinə getməkdən ötrü dəstəmaz alır. Dəstəmazxanada birdən ayağı ilişib ayaqyoluna düşür. Başdan-ayağa nəcasətə bulanır. Dostlar onu ayaqyolundan çaxartdıqdan sonra ona dedilər:
Bu pis niyyətindən sonra tövbə et!
O, dedi: Mən Həzrətlə zarafat edirdim!
Dostlardan biri onun cavabında buyurdu:
Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) da səninlə zarafat edirmiş. Yoxsa ayaqyolu qəbrin olacaqdı!
Dostları ilə paylaş: |