ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə155/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   151   152   153   154   155   156   157   158   ...   175

YÜZ OTUZ ÜÇÜNCÜ KƏRAMƏT

«HƏZRƏT ƏBUL FƏZL ABBASDAN (Ə) ŞƏFASIN ALDI.»


2. Sünnilərdən 12 yaşlı bir oğlan uşağı var idi. Xüsusi xəstəliyə tutulmuşdu. Hər gün səhər saat 11-dən sonra halı dönür, bədəninin rəngi tamam göy rəngə çevrilirdi. Atası iddia edirdi ki, çox həkimlərə aparmışam, hətta bu yolda 1000 dollara yaxın xərc çəkmişəm. Amma, faydası olmayıb.

Uşağın anası aşura günü onu «Əbul Fəzl Abbas (əleyhissalam)-ın» matəminə aparır və özü ilə qadınlar olan yerdə otuzdurur. Adətə görə o gün xətib imam Hüseyn (əleyhissalam)-ın rövzəsini oxuyur, sonradan günortadan keçənə qədər sinə vurmaqlıq davam edir. Bu qadın da məclisdə iştirak edir. Birdən yadına düşür ki, uşağın xəstəliyi var. Tez onun bədəninə baxır. Qəribədir, neçə illər idi ki, hər gün bu xəstəlik uşağda bilinirdi. İndi uşağın bədəni sağlam idi. Birdən başa düşür ki, uşaq şəfasın almışdır. Səs-küy salıb ağlamağa başlayır. Hamı bilir ki, nə isə kəramət olub.

O gündən sonra uşaqda bir daha belə xəstəlik baş verməyib. Əslində uşaq həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) şəfasın almışdı.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin