DÖRDÜNCÜ TƏNBEH «OĞRU ÖZ OĞURLUĞUNA E`TİRAF ETDİ!»
Höccətul-islam vəl-müslimin hacı şeyx Əli Əkbər Qəhatani nəql edir:
Günlərin birində həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmindən ötürdüm. Gördüm ərəblər yığışıb bir cavan oğlanı inək oğurluğu ilə ittiham edirlər. Onu and içməkdən ötrü həzrətin hərəminin eyvanına gətirirlər. Hərəmin xidmətçilərindən biri ona dedi:
Əgər inəyi oğurlamısansa e`tiraf et! Həzrətə nahaq yerə and içmə! Bu sənin üçün qorxuludur.
Onu da deyim ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) hərəmində and içməyin xüsusi mərasimi var. Müttəhim oğurluğunu inkar edirdisə ona deyilir:
Üç qədəm qabağa get, sonra dala qayıt!
Xadimin nəsihətinə qulaq asmayan cavan bu mərasimi yerinə yetirdi. Sonra həmin yerdə üzünün yarısı əyildi və yerə yıxıldı. Bu hadisə ilə qohumları onun oğru olmasını e`tiraf edirlər. Sonradan ona şəfa verməkdən ötrü həzrət imam Hüseyn (əleyhissalam)-ın pak hərəminə gedirlər. Oğlanı zirehə bağlayılar. Anası ağlar halda İmam (əleyhissalam)-a yalvarmağa başlayır. Bir azdan oğlan yaxşılaşıb oğurluq etdiyini e`tiraf edib, mal sahibindən üzr istəyir.
Dostları ilə paylaş: |