ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə37/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   33   34   35   36   37   38   39   40   ...   175

ON SƏKKİZİNCİ KƏRAMƏT

«HƏZRƏT ƏBUL-FƏZL ABBASA(Ə) ÜZ TUTMAQLA CƏRRAHİYYƏ ƏMƏLİNƏ EHTİYAC OLMADI»


Höccətül-islam vəl-müslimin cənab seyyid Fəxrəddin Əmadi həzrət Əbul-Fəzl Abbasdan gödüyü kəraməti belə yazır:
«Mən seyyid Fəxrəddin Əmadiyəm. Mənim seyyid Mürtəza Rəzəvi adlı qardaşım uzun müddət Qum şəhərinin «Nikuyi» adlı xəstəxanasında işləmişdir. Bir çox tələbələr onu yaxşı tanıyırlar.

Günlərin birində müəyyən məbləğ pulu köçürtməkdən ötrü bangə girir. Pul kisəsini bankın stolunun üstünə qoyub sağ əli ilə stola söykənir. Birdən əli çıxıb sürüşür Çox narahat olur. Ağrının şiddətindən dad-fəryad etməyə başlayır. Onu xəstəxanaya gətirirlər. İlk müayindən sonra heç bir nəticəyə gələ bilmirlər. Xəstəxananın rəisi həkim Qəraqızlı göstəriş verir ki, əlinin şəklini çəksinlər. Şəkili çəkdikdən sonra göstəriş verir ki, onu cərrahiyyə otağına aparıb əməliyyata hazırlaşsınlar.

Seyyid Mürtəza taxtın üstündə cərrahiyyə əməlinə ötrü taxtın üstündə uzanır. Bu halda həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) «Babül həvaic» niyyəti ilə yalvarır. Bu hal ilə gözünün önündə durmuş çırağa baxa-baxa o Həzrətə and verdirir. Əlini çırağın otuna yaxınlaşdırıb istiyə verir. Birdən əlindən səs gəlir. O, əlini çırağın istisindən kənarlaşdırır. Bir az diqqətdən sonra anlayır ki, həzrət Abbasın(əleyhissalam) şəfaətinə görə əli yaxşı olub. Daha cərrahiyyə əməlinə ehtiyac yoxdur. Bir az sonra doktor içəri girib vəziyyəti soruşur. Seyyid Mürtəza Əbul-Fəzl Abbasa(əleyhissalam) etdiyi duanı ona nəql edir. Həkim onun əlinə baxıb deyir: Əgər Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) sənə kəraməti olmasaydı əlində cərrahiyyə əməli olmalı idi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin