ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


KƏRBƏLA MEYDANINDA HƏZRƏT ƏBUL FƏZL ABBASLA (Ə) MARİDİN DEYİŞMƏSİ



Yüklə 1,54 Mb.
səhifə40/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

KƏRBƏLA MEYDANINDA HƏZRƏT ƏBUL FƏZL ABBASLA (Ə) MARİDİN DEYİŞMƏSİ


Marid:

Ey sifdi şəhi kövsər, Peyqunbərə can Əbbas!

Bu dəhrdə yox müslüm Soltani cahan Əbbas!

Abbas (ə):

Ey nökəsi bədtiynəb, Mərdudi dəqa Marid!

Səndən çəkər aləmlər, bu çöldə cəfa Marid!

Marid:

Sən baği imamətdə, bir nəxş sənubərsən

Dünyadə nəzrin yox, bir şiri hünərvərsən

Aləmlərə yavərsən, Soltani cahan Əbbas!

Abbas (ə):

Gülzari şəhidini, bu dəşdidə soldurduz

Nari sitəmi zülmi, aləmlərə doldurduz

Gül üzlü cavanları bu ərsədə öldürdüz

Aləmdə görünmüb heç bu zülmü xəta Marid!

Marid:

Sən bir şahi valasən, dürdanəvü Zəhrasən

Çün dürrü səadətdə, bir gövhəri yektasən

Ey qaməti rə`naya bir sərvi rəvan Əbbas!

Abbas (ə):

Gəldüz bu çölə salduz, od səfheyi dövranə

Oldu bu zaman sizdən, çün dinevü viranə

Lə`nət gələ ey zalim, siz kimi müsəlmanə

Etsün üzüvü xaliq, hər yerdə qara Marid!

Marid:

Gəl sən mənə ol təslim, eylüm sənə çox hörmət

Gey əynüvə xoş xəl`ət tap səltənəti izzət

Bu sözdə xilafim yox, Vallahi inan Əbbas.

Abbas (ə):

Çox lafa gəzaf etmə, ey Maridi bəd fitrət

Varsa hünərin göstər, qoyma mənə heç minnət

İndi səni öldürrəm, var əldə bu gün fürsət

Başuvə gətirrəm çox, bu çöldə xəta Marid.

* * * * * * * * * * *

Gördüm ki gəlib qeyzə, Əbbasi hünər pərvər

İş keçdi nəsihətdən, aldı ələ o xəncər

Səsləndi xəbərdar ol, ey sindi şəhi kövsər

İndi sənə qan ağlar, haluva yanan Əbbas!

* * * * * * * * * * *

Əbbasi hünərvər bir xeymələrinə baxdi

Dərya kimi göz yaşı heyran tökülüb axdı

Ol dəmdə təmaşayə qardaşı Hüseyn çıxdı

Səsləndi yetir qətlə, sağ qoyma qala Marid!

* * * * * * * * * * *

Marid:

Gəl boynuma qoy minnət, bu mərgi əcəldən gəl

Bir ver mənə sən möhlət, olma sənə aləmdə

Nökər edərəm hörmət, tə`rifüyü mən verərəm

Hər yanə nişan Əbbas!

* * * * * * * * * * *

Əbbasi hünər pərvər xəm oldu rikabindən

Əl atdı düşüb ol dəm, çun nuki sinayildən

Öz nizəsini aldı, ol mürtədi xaindən

Olmazsan əlimdən sən, heç vaxti rəha Marid!

* * * * * * * * * * *

Öz qövminə üz tutdu, fəryadi aman qoymun

Qıldı bu Əli oğlu, halımı yaman qoymun

Qalmadı bilün məndə, bu ərsədə can qoymun

Səd heyfi əcəb etdi, qəddimi kaman Əbbas!

* * * * * * * * * *

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin