«GET EVİNƏ UŞAĞIN SAĞALDI»
Ayətullah hacı şeyx Məhmud Ğərəvi nəql edir:
Bir gün uşağı xəstələnmiş ərəb, həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə gəlib şəfa istəyir. Aləmi rö`yada ona deyirlər: Get evinə uşağın sağalıb». Elə ki, evə gəlir görür ki, həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) uşağa öz kəramətini göstərib.
İYİRMİ DÖRDÜNCÜ KƏRAMƏT YÜZ DİNAR HƏZRƏT ƏBUL-FƏZL ABBASIN(Ə) HƏVALƏSİDİR»
Siqətül-islam hacı şeyx Əli Rza Gülməhəmmədi Əbhəri Zəncani yazır: (Qum)
.«Kərbəla əhalisindən bir nəfər ərəbi gördüm ki, həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) zirehinin yanında dayanıb o həzrətlə razi-niyaz edirdi. Söyləyir:
Ağacan! Yüz dinar sizdən pul istəyirəm, əgər verirsənsə ver, vermirsənsə həzrət seyyidüşşühəda Hüseyn (ə)-ın hərəminə gedib sizdən o həzrətə şikayət edəcəm! Sonra başını pak zirehə tərəf əyib dedi: Başa düşdüm! Başa düşdüm! Hərəmdən çölə çıxdı. Bazara gedib mağazalardan birinə yaxınlaşır və buyurur: Ağa buyurdu ki, yüz dinar mənə verəsiniz! Mağazaçı cavabında ‒ Ağadan nişanəniz nədir? ‒ deyə soruşur. Ərəb cavab verir: Nişanə budur ki, uşağınız xəstələnmişdi, həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) nəzr etmişdin onu ver! Mağazaçı ona yüz dinarı verir.
Ravi deyir: Ərəbə dedim: Necə oldu ki, Həzrətlə söhbət etdiniz və istədiyinizi aldınız? Dedi: Dedim ki, əgər pul verməsəniz imam Hüseyn (ə)-a şikayətə gedəcəm. Belə olan halda gördüm Həzrət oturmuş halda zirehin içində zahir oldu və mənə kağız (həvalə) verdi. Mən də onu alıb mağazadan pulu aldım.
Dostları ilə paylaş: |