ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə46/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   42   43   44   45   46   47   48   49   ...   175

İYİRMİ ALTINCI KƏRAMƏT

«BÜTÜN QƏLƏM VƏ TİKAN QIRIQLARI ÖZ-ÖZÜNƏ AYAĞINDAN ÇIXDI!»


2. Nənəm yenə nəql edir:

Kərbəlada olan zaman günlərin birində həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) ziyarətinə yola düşdüm. «İçəri girmək» duasını və «ziyarətnaməni» oxuduqdan sonra hərəmə daxil oldum. Gördüm əl-ayağı yaralı bir nəfər kəndçi pərişan və narahat halda ağlamaqla məşğuldur. Mə`lum idi ki, iti iynə qələmlər və tikanlar əl-ayağına dolub şişirtmişdi. Kəndçi kişi ayaqlarını həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) zirehinə tərəf tutub belə ahu-zar etdi:

Ay ağa! Gərək bütün bu qələmləri və tikanları mənim ayağımdan çıxartmağa kömək edəsiniz. Mən artıq hərəkət edə bilmirəm. Heç bir iş görə bilmirəm. Mənim övladlarım var. Onlar gözləyirlər ki, mən onlardan ötrü yemək aparım».

Ağlaya-ağlaya belə razi-niyazla məşqul idi. Biz də yaxından hadisəni müşahidə edirdik. Çox keçəmdən gördük ki, kəndçi kişinin vəziyyəti yaxşılaşdı. Əl-ayaqlarında heç bir qələm və tikan yox idi. Ayaqları adi hala düşüb şişi çəkilmişdi. Kişi həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) şəfaətin qəbul etməsindən ötrü Allaha şükürlər edib evinə yola düşdü.

Bu bir hekayət idi ki, nənəm bunları öz gözləri ilə görüb nəql edir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin