Həkim hacı seyyid Əli Təbəripur belə nəql edir: Bir nəfər çayın kənarına gedib dəstəmaz almaq istəyirdi. Sudan bir ovuc götürüb içməkdən ötrü ağızına yaxınlaşdırdı. Bu vaxt Kərbəla səqqası həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) yadına saldı. Suyu içmədi və göz yaşı axıdaraq çaya tökdü. Həmin gecə kişinin xəstə qadını yuxuda görür ki, həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) gəlib ona şəfaət verir.Qadın soruşur: Məgər əliniz yoxdur? Buyurur: Mənim əlim yoxdur. Qadın soruşur: Siz kimsiniz? Buyurur: Həyat yoldaşın kimi köməyə çağırmışdı?