Dillərin əzbəri Səqqayi Əbəlfəzlin adı
Dillərin əzbəri Səqqayi Əbəlfəzlin adı
Eşqi çox gəbri nəsarani müsəlman eyləyib
Teşnə aşiqlərə dəryadı Əbəlfəzlin adı
Şiələr qalsın hələ səslər onu ərmənilər
Moridi hörməti tərsandı Əbəlfəzlin adı
Çün özün nökər hesab etdi Hüseyn qardaşına
Odu hər aşiqə mövladı Əbəlfəzlin adı
* * * * * * * * * * *
Möhnəti dadə düşəndə gözüm əşqilə dolar
Gör nə əndazə dilə məqsadi Əbəlfəzlin adı
Mətləyi müstəri mərhum qoy e`lan eləyim
Düşdün ey vaxtı ki, bir dərdə Əbəlfəzli çağır.
* * * * * * * * * * *
Sidq ilə kim tuta damanını dərdin alacaq
Şərti var zaru dil əfsurdə Əbəlfəzli çağır
Şiyənin onnan əlavə görək aya kimi var?
Can verən vaxtidə bəstərdə Əbəlfəzli çağır.
* * * * * * * * * * *
Qapısın vır ağadı heç kəsi naümid eləməz
Çün şəfa yox dəri digərdə Əbəlfəzli çağır
Sənə düxtarilər gər eyləsə aləmdə cavab
Əzmüvü cəzb elə bil pərdə Əbəlfəzli çağır.
* * * * * * * * * * *
Əli boş indiyəcən kim qapısından qayıdıb
Xatirin olmasın az orda Əbəlfəzli çağır
Əymə baş zalimə bihudə kiçiltmə özüvü
Kərbəla xidmətini həzrət Zəhra bəyənib
Olub aləmdə nəzər kərdə Əbəlfəzli çağır.
O kiçildib özün amma, onu Allah bəyənib
Baxma sən bağladılar Kərbübəlanın yolunu
Ona fərq eyləməz hər yerdə Əbəlfəzli çağır.
Yol uzaq olsa da qəlbün yaxın olsun ağama
Tap iradət o cavan mərdə Əbəlfəzli çağır!
* * * * * * * * * * *
Nə rəvadi elə mövlani kəməndə salalar
Gör nələr gəldi o sərdari dilavər başına
Cəm olub halə kimi qövmi sitəmkar başına
Dörd tərəfdən ətrafın alıb daşladılar
Nə deyim gəldi nələr zadu Heydər başına!
Dostları ilə paylaş: |