İYİRMİ İKİNCİ KƏRAMƏT QƏBİRDƏ DEDİ: ƏSSƏLAMU ƏLƏYKƏ YA ƏBUL-FƏZL ABBAS(Ə)!»
Cənab höccətul-islam vəl-müslimin hacı şeyx Əbdüllah Mübəlliği Abadi:
1355-ci şəmsi ili idi. Yəzd şəhərinin ruhanilərindən Şeyx Zakiri adlı birisi Bəndər-Abbasa gəlir. Oradan da «Siyahu» adlı bu şəhərin kəndinə e`zam olunur. Məhərrəm ayının 9-da qəlbi xəstəliklə əlaqədar dünyadan köçür. O mərhumun cənazəsini Bəndər-Abbasa göndərirlər. İmamzadələrin birinin qəbirinin yanında torpağa tapşırırlar.
İndi əhvalatın ardını höccətül-islam vəl-müslimin Mübəlliğinin öz dilindən eşidin. O buyurur:
Mən təlqin oxuyarkən mərhum Zakirinin sağ əlini tərpətdim. Birdən gözlərini açdı. Uca səslə çağırdı: «Əssəlamu əleykə ya Əbul-Fəzl Abbas!» Sonra gözlərini yumdu.
Bu təəccüblü hadisədən sonra xoş ətir iyi mənim və orada iştirak edənlərin burnuna gəldi. Ondan sonra oradakılar Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm)) və Mə`sum İmamlara (əleyhimussalam) salavat göndərdilər. Bu idi ki, mən meyyitə təlqin oxuyarkən özüm müşahidə etmişəm.
Dostları ilə paylaş: |