2. Mərhum Əbdül Hüseyn Cəvahir bir gün mineral su aparırmış. Birdən ayağı daşa ilişib yerə yıxılır. Əlindəki çanta yerə dəyir və içində olan bir çox şüşələr sınır. Sınıq şüşələr onun bədəninə xəsarət vurur. Ən başlıcası isə onun gözü ağır yaralanır. Gözünə şüşə batdığını hiss edəndə dərhal həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin müqabilində iki gümüş göz qoymasını nəzir edir. Nəzirdə bildirir ki, əgər bu yaradan gözlərini əldən verməyib sağalsa, bu işi görəcək.
Müalicədən sonra onun gözündən sınıq şüşələri çıxardırlar və gözü tam sağalır. Bundan sonra mərhum Əbdül Hüseyn İraqa imamların ziyarətinə gedib Kərbəlanı ziyarət etdikdən sonra həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin qapısına iki gümüş göz düzəltdirir.