ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə85/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   81   82   83   84   85   86   87   88   ...   175

ALTMIŞINCI KƏRAMƏT

«TASUA GECƏSİNƏ QƏDƏR XƏSTƏ OLDU».


Məşhəd şəhərinin hacı şeyx Məhəmməd Riza Ədadi adlı vaizlərindən biri yazır:

1378-ci hicri-qəməri ilində oğlumun iki yaşı var idi. Mən onu həkimlərin yanına aparmaqdan yorulmuşdum. Həmin ildə həccə getməli oldum. Qayıtdıqdan sonra uşağı yenə də xəstə gördüm və onu həkimin yanına apardım. Həkim dedi:

Onun sol gözü kor olub, sağ gözü isə tezliklə kor olacaq. Anası bu sözü həkimdən eşitcək çox həyacanlandı. Çünki, görürdü ki, uşağı əvvəlki xəstəliklərindən əlavə gözlərini də əldən vermişdi. Ona görə də sübhə kimi yatmayıb ağlayırdı.

O günün sabahı başqa bir neçə həkimə müraciət etdim. Hamısı əvvəlki həkimin sözlərini təsdiq etdilər. Nəhayət, göz həkimi cənab Qureyşiyə müraciət etdim. O, belə dedi:

Tehrana gedib aşuradan sonraya qədər orada qalacağam. O vaxta qədər sizə müvəqqəti dərman yazacağam. Bunu uşağın sağ gözünə sürtün ki, mən qayıdana kimi xəsarət götürməsin. Tehrandan qayıdandan sonra bəlkə müalicə edə bildik. Amma, sol gözü müalicə oluna bilməz.

Məhərrəm ayının əvvəli idi. Mən və uşağın anası çox narahat idik. Bu arada Qəməri bəni Haşim həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) pənah aparıb yalvardıq. Nəzir etdik ki, əgər övladım aşura gününə qədər yaxşı olsa o Həzrətin yolunda bir qoyun qurban kəsəcəm. Xəstəlik tasua (9-u) gecəyə qədər davam etdi. Övladımın hətta, oturmağa da hərəkəti yox idi. Amma, aşura günü günorta mənzilə gələndə gördüm Allahın köməyi ilə uşaq sağlamdır və oynamaqla məşğuldur. Gözləri də sağalmışdı. Təkcə rəngində azca ağlıq müşahidə olunurdu. Hal hazırda yeddi yaşı var, həmin ağlıq müşahidə olunmaqdadır. Elə hesab edirəm bu bir əlamətdir ki, uşaq böyüyəndə bilməlidir ki, onun gözlərinin sağlamlığı həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zaminində olub. Beləliklə də onu heç vaxt unutmasın!



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin