ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


Əssəlamu əla əbdüssaleh vəl-müti lillah və li rəsulih və li əxihi əl Hüseyn (əleyhissalam) və əla mən ittəbəl həqq və rəhmətullahi və bərəkatuh



Yüklə 1,54 Mb.
səhifə88/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   84   85   86   87   88   89   90   91   ...   175
Əssəlamu əla əbdüssaleh vəl-müti lillah və li rəsulih və li əxihi əl Hüseyn (əleyhissalam) və əla mən ittəbəl həqq və rəhmətullahi və bərəkatuh.

ALTIMIŞ ÜÇÜNCÜ KƏRAMƏT

«ALLAH BALALARINI SAXLASIN!»


Cənab höccətül-islam vəl-müslimin hacı şeyx Əbul Həsən İrbahimi Həmədani yazır:

İslam inqilabından əvvəl bir müddət məhərrəm aylarında Həmədan və Savah məntəqələri arasında islam dininin təbliği ilə və həmçinin Əhli-Beyt (əleyhimussalam) əzadarlığı ilə məşğul idim. O zaman neçə vaxt idi ki, övladım xəstəliyə tutulmuşdu. Tez-tez həkimə aparıb-gətirirdim. Lakin, gündən-günə vəziyyəti xarablaşırdı. Beləliklə, ümüdüm hər yedən kəsildi.

Təxminən, «Tasua» (9-cu) gecəsi idi. Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) rövzəsini oxudum. Hətta uşağımın xəstəliyi belə yadımdan çıxmışdı. Mənbərdən sonra məsciddən çölə çıxdım. Mənzilə yola düşdüm. O gecə Kərbəlanı yuxuda gördüm. Gördüm ki, xeymələr düzülüb və biz də bu xeymələrdən birinin içindəyik. Bu vaxt döyüş başlayır və uca boylu, uzun qollu Əbul Fəzl Abbasın (əleyhissalam) döyüşən halda müşahidə etdim. Ağanın qədd-qamətindən nə deyim? Nə qədər desəm və qələm yazsa da azdır! Lakin gördüyümü yazıram. Ağanın müqabilində düşmənin sayı-hesabı yox idi. Ağanın qədd-qaməti düşmənlərin qədd-qaməti ilə müqayisədə cavan və nurani bir şəxsin 7‒8 yaşlı uşaqlarla bir yerdə olmasına bənzəyirdi. Ağanın şəmşiri də çox qalın və uzun idi. Şəmşir vuranda dərə-təpə yerlə-yeksan olurdu. Ağanın düşmənləri onun müqabilində qaçarkən bir-birinə dəyib həlak olurdular. Biz xeymədə olan halda bütün vücudumuzu qorxu tutmuşdu. Öz-özümə fikirləşdim ki, əgər ağa döyüşü belə davam etdirsə bizim xeyməmiz də yerlə-yeksan olacaq. Bu fikri zehnimdən keçirən kimi ağa şəmşiri bir kənara atıb bizim xeyməmizə gəldi. Buyurdu:

Sizin xeymənizdə su varmı?

Ərz etdim: Bəli!

Buyurdu: «Mənə bir kasa su verin!.»

Mən ona bir qab su verdim. Meyl etdi. İçdikdən sonra türkcə dedi: «Allah balalarını saxlasın!»

Bu yuxudan sonra üç gün ağladım. O vaxta qədər ki, üç gündən sonra səfərdən qayıtdım. Uşağın halını soruşdum: Dedilər üç gündür ki, sağalıb.

Bu gün iyirmi ildir ki, bu hadisədən keçir. Bu illər ərzində bir dəfə də olsa uşaq xəstlənməyib və bu müddət ərzində bir dəfə də olsun həkim yanına getməyib. Bu, həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) bizə bəxş etdiyi kəramət idi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin