ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə95/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   91   92   93   94   95   96   97   98   ...   175

YETMİŞ BİRİNCİ KƏRAMƏT

«QƏRARA ALDIM Kİ, MƏSƏLƏNİN HƏLLİNİ HƏZRƏT ƏBUL FƏZL ABBASDAN(Ə) ALIM!»


Cənab höccətül-islam vəl-müslümin hacı seyyid Məhəmməd Cəlai yazır:

Mən Kərbəlada doğulmuşam. 25 ilə qədər orada sakin olmuşam. Bu müddət ərzində orta məktəb oxuyub diplom almış, sonra hövzədə oxumuşam. Həzrət Əbul Fəzl Abbasdan(əleyhissalam) məni təəccübə gətirən kəramətlər görmüşəm. Bu pak hərəmin yanında olduğuma görə yadıma gəlmir ki, mühüm bir mətləb olsun və ondan ötrü ağaya üz gətirim. Biz onun xidmətində olduğumuza görə bizlərə ağır müşkül üz gətirmirdi. Ola bilsin xırda məsələlər qarşıya çıxsın, lakin, belə məsələlərdə ədəbi gözləyib həzrətə ərz etmirdim. Çünki fikirləşirdim ki, mö`minin belə xırda müşkilləri olmalıdır. Rahatlıq axirətdədir. Hər halda ömür keçirdi. O vaxt gəldi ki, iranlıları İraqdan sürgün etməyə başladılar.Bundan ötrü ancaq altı gün vaxt verilmişdi ki, ölkədən çıxsınlar. Bu da bizim üçün o qədər müşkil hesab olunmurdu. Bu iş hamının başına gələ bilərdi. Hər halda bu dalğanı da Allah xeyirlə ötürdü. Onlar ki, getdilər getmişdilər. Onlar ki, qaldılar qalmışdılar. Biz də həmin qalanlardan olduq. Bir neçə ildən sonra yenidən bu məsələ ortaya atıldı. Amma bu dəfə Bağdad diktatorunun göstərişinə görə bizim ailəmizi sürgün etməli idilər.

Bizim ailəmiz orada tanınmış ailələrdən idi. Alimlər Nəcəfdən getdikdən sonra atam orada qalmış və tanınmış alim idi. O, hazır deyildi ki, onlarla bir yola getsin. Dövlət çalışırdı ki, əhalini atamın təşkil etdiyi rövzə məclisinə qoymasınlar. Yadımdadır, günlərin birində şəhər başçılarından birisi bizim evə gəlib qapını döydü. Mən gedib qapını açdım. O dedi:

Atan evdədir?

Dedim: Bəli!

Dedi: Mən şəhər katibi tərəfindən gəlmişəm. Atanla görüşməliyəm. Atamın yanına gedib məsələni ərz etdim. Atam cavab verdi: De ki, halı yaxşı deyil. Heç kəslə görüşə bilməz. Dedim:

Atacan, bu onların səni incitməsindən ötrü bir bəhanə olar. O israr edir ki, səninlə görüşsün. Xüsusi qəzəbli tonla buyurdu:

«De ki, Nəcəf-Əşrəfə ziyarətə getməyə hazırlaşır.» Hər halda məsələni gəlib o şəxsə çatdırdım. O nə qədər israr etdisə atam başqa bəhanələrlə görüşü təşkil etmədi.

Ümumiyyətlə, Bə`s hökuməti çalışırdı ki, atamı nəzarətdə saxlayıb yol göstərsin. Ona görə də bu dəfə Bağdaddan başqa bir göstəriş gəlmişdi ki, atamı ailəsi ilə birlikdə sürgün etsinlər. Bu xəbər atam çatdırıldı. Xəbəri gətirən Kərbəlanın böyük şəxsiyyətlərindən biri gətirmişdi. Atam ona dedi:

Bu işin tə`xirə düşməsi və dəyişməsi üçün heç bir yer yoxdur?

O cavabında dedi:

Xeyr! Heç bir yer yoxdur. Mən bütün məs`ullarla söhbət etmişəm. Bu işin dəyişməsi mümkün deyil.

Hər halda mən bu yedə qərara aldım ki, həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) pənah aparam. Fikirləşdim ki, ərəblərin gördüyü işi görəcəyəm. Yə`ni, ayaqyalın, başıaçıq hərəmə girib hacətimi istəyəcəm. Həmin işi gördüm. Ayaqyalın başıaçıq pak hərəmə daxil oldum. İzn duasını oxuyub pak zirehə yaxınlaşdım. Ərz etdim:

Ya Əbul Fəzl! Bir müşkül qabağa gəlib. İstəyirəm çarə qılasan!. Sonra heç bir iş görmədən (namaz, ziyarət) yenidən həmin vəziyyətdə evə qayıtdım. Qayıdandan sonra hər an çalışırdım ki, görəsən işin axırı nə olacaq? Bir gün keçdi, bir həftə keçdi, bir ay keçdi.... daha dövlətdən xəbər olmadı. O hadisədən neçə illər sonra orada qaldıq və o məsələ bir dəfəlik aradan getdi. Sanki belə bir olmayıbmış!!

Bir daha başa düşdüm ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) həmişə biz şiələrin halını nəzərə alır. Harda lazım olsa əgər xalis niyyətlə ondan kömək istəsələr cavab verməməsi qeyri mümkündür.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin