ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


ALTIMIŞ DOQQUZUNCU KƏRAMƏT



Yüklə 1,54 Mb.
səhifə94/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   90   91   92   93   94   95   96   97   ...   175

ALTIMIŞ DOQQUZUNCU KƏRAMƏT

«MƏN ABBASIN(Ə) XADİMİYƏM!».


Şəhid atası höccətül-islam vəl-müslümin şeyx Əbdürriza Safi nəql edir:
Sünni oğruları çöllükdə mənə həmlə etdilər. Elə ki:

«Mən Əbul Fəzl Abbasın(əleyhissalam) xadimlərindənəm»- dedim, tez məndən əl çəkdilər!

Ümumiyyətlə, yer üzündə istər müsəlman, istər xaçpərəstlər və istərsə də başqa kitab əhllərinin qeybi köməklərə e`tiqadları vardır.

YETMİŞİNCİ KƏRAMƏT

«MƏNİM ƏHVALATIM VƏ HƏZRƏT ƏBUL FƏZL ABBASIN(Ə) KÖMƏYİ»


Əhli-Beyt (əleyhissalam)-ın məddahı cənab Məhdi Təəccübi yazır:

Mən Məhdi Təəccübi, cavanlığımın ilk çağlarında yolumu itirmiş şəxsiyyətsiz bir adam idim. Şah rejiminin həddən artıq açıq-aşkar fitnə-fəsadı yayması çox cavanları düzgün yoldan çıxartmışdı. Xülasə şəkildə ərz edirəm:

Başımı qatmaq və istirahətdən ötrü hara üz aparırdımsa din və əqidə ziddinə olan səhnələrlə rastlaşırdım. Mən şe`r yazır və həmçinin yaxşı şe`r oxuyurdum. Bir müddət də əxlaqsızlığı yayan qəzetlərlə əməkdaşlıq edirdim. Nəhayət, əlacsız bir xəstəliyə düçar oldum. Elə xəstəlik ki, bütün dostlar və hətta yaxın qohumlar da məndən bezib üz çevirdilər. Aşkarcasına hiss etdim ki, mənim ölümümü istəyirdilər.

O çarəsizlik və fəqirli günlərimin birində qərara aldım ki, Tehran ətrafındakı biyabanların birinə pənah aparıb ordaca ölüm. Bu qərardan sonra anamdan çay istəmək istədim. Lakin onlara o qədər əziyyət vermişdim ki, çağırmağa xəcalət çəkirdim. Evdən təxminən yüz metr yuxarıda çayxana vardı. Öz-özümə dedim ki, hər necə olursa-olsun divardan tutaraq çayxanaya gedib orda çay içim. Evdən 50 metr aralıda həzrət Əbul Fəzl Abbas adına əzadar hey`ətlə rastlaşdım. Bu hey`ət şəhərdə çox məşhur idi. Ora yetişdim. Çayxanada istəkanların çak-çuk və çıqqıltı səsləri gəlirdi. Öz-özümə dedim ki, yol getmək müşkildir, camaatın çay içdiyi yerdə çay içim. Yola düşdüm.

Məddah ucadan həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şə`ninə şe`r deməklə məşğul idi. Camaat ağlaşırdı. Mən də ağlamağa başladım. Özü də necə ağlamaq?

Məddahlıqdan sonra hamı sakit oldu və çay içməklə məşğul oldular. Şe`r deyən şəxs həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətlərindən danışırdı. Ağlamaqdan yaxam islanmışdı. Hamının mənə tamaşa etdiyinə görə məclisdən çıxmalı oldum. Öz-özümə dedim ki, əgər həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) bu qədər kəramətləri varsa, mənə də şəfa versin!

Qısası ağa mənə də şəfa verdi. Belə ki, bütün həkimlər heyran qalıb bayram tutdular. Lakin mən cavanlıq üzündən səhv edib yenə də öz pozğun həyatıma qayıtdım. Allahın dərgahına şükr edib düz yola düşmək əvəzinə təəssüflər olsun ki, təkrar günahlara başladım. Nəhayət bir gün yuxuda gördüm ki, böyük bir məntəqədə saysız-hesabsız camaat yığışıb tamaşa edirlər. Hamı qorxusundan titrəyirdi. Baxıb gördüm ki, at boyda bir şir meydanın ortasında dövr edib nə`rə çəkirdi. Hamı da qorxusundan əsirdi. Birdən camaatın arası açıldı böyük və güclü bir şəxs, insanı valeh edən şücaətlə və vüqarla meydana daxil oldu. Heyvan özünü onun ayağına atdı və oturdu. O şəxs, əlini şirin kürəyinə çəkdi. Əhali növbə ilə onun əlindən öpürdü. Mən də cəmiyyət içindən irəli gəlib onun əlindən öpmək istədim. O, tez əlini məndən çəkdi və üzünü məndən çevirdi. Camaatdan soruşdum:

Nəyə görə bu ağa belə edir?

Birdən belə bir söz eşitdim, dedi:

Xəcalət çəkmirsənmi? Məgər bu ağa sənə şəfa verməyibmi? Həya et!

Yuxudan ayıldım. Yuxu nədir? Bir dünyadan başqa bir dünyaya keçdim. Oradaca mehriban olan Allaha hər şeydən tövbə etdim. Bütün pozğun şe`r və qəzəllərimə (yaxşı müştərisi olan halda) od vurub yandırdım. Əhd etdim ki, bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) və onun Əhli-Beyti (əleyhissalam) barəsində şe`r yazacağam. Bu gün 56 yaşım var və Allahın köməyilə öz əhdimdə möhkəməm!


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin