ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ


YÜZ İYİRMİ DÖRDÜNCÜ KƏRAMƏT



Yüklə 1,54 Mb.
səhifə147/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   143   144   145   146   147   148   149   150   ...   175

YÜZ İYİRMİ DÖRDÜNCÜ KƏRAMƏT

«ƏL-AYAĞINI BAĞLAYIB ZİREHƏ BAĞLADILAR!



Cənab Hacı İsmail Ənsari Zəncani nəql edir:

Özüm müşahidə etdiyim həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) kəramətini nəql edirəm:

1975-ci ildə yeddi nəfərlik ailə üzvlərimlə birlikdə İraqa İmamların(əleyhimussalam) ziyarətinə, o cümlədən «Ərbəin»i (40-cı gün) həzrət Seyyidüşşühəda imam Hüseyn (əleyhissalam) və Əbul Fəzl Abbasın(əleyhissalam) ziyarətində olduq. Cümə gecələrindən biri idi. Bir dəstə Bağdaddan gələn qadınlar divanə bir qızı əl-ayağı bağlı halda həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəminə gətirdilər. Canlı olduğuna görə qız hərdən qadınların əlindən çıxıb səs-küy salırdı. Hətta, çadırını və üz-gözünü açırdı. Nəhayət, qızı içəri gətirib zirehə bağladılar ki, həzrət qıza şəfa versin. Zəvvarlar və xidmətçilər da kənardan pərişan halda tamaşa edirdilər. Birdən qız yerindən qalxıb oturdu. Bir azdan gördülər ki, qız yavaş-yavaş sakitləşir. Beləliklə, qız həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) şəfaətinə görə Allahdan tamamilə sağlamlığını geri aldı. Əhali tökülüb onun libasına təbərrük üçün əl vurmaq istədilər, lakin xidmətçilər bu işə mane oldular. Onu qonşu otağa apardılar. Qızın qohum-əqrabası onun şəfa tapmasından çox şad idilər.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin