|
|
səhifə | 17/175 | tarix | 02.01.2022 | ölçüsü | 1,54 Mb. | | #1952 |
|
İmdadə yet, Əbülfəzlim amandı!
Hüseynimin Kərbəlası burdadı
Zeynəbimin ney-nəvası burdadı
Hər bir zülmün ibtidası burdadı
Əldən gedən həm vətənim həm imandı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Gülüstanda gəşt eyləyir uşaqlar
Güllə səsi tutubdu çox qulaqlar
Bu günümüzə dərə ağlar, dağ ağlar
Dağlarımın başı çəndi, dumandı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Axı atan olub, Əli şahi din
Qalxıb göyə fəqani din, ahi din
Cəbhələrdə ölən min-min şəhidin
Qan çuxuru dəniz deyil, ümmandı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Əsir olub şəhidlərin balası
Qızarıbdır gözlərinin alası
Bax gör kimdir bu günlərə qalası
Şücaətin doğru, yoxsa yalandı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Neçə gəlin başsız qalıb ocaqda
Neçə körpə başsız qalıb bucaqda
Kimsəsizik neyləyək biz bu çağda
Ümidimiz bir sənsən, bir Qur`andı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Çoxları var hərbi paltar geyərlər
Dillərində vətən, vətən deyərlər
Amma yetim əmlakını yeyərlər
Bu haqsızlıq sənə yaxşı bəyandı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Dəstəli şəb həmdəki ruz ağlar
Dərdlərini ürəyində saxlayar
Ürək odun qələmimi dağlayar
Haqsızlıqlar məmləkəti dağladı
İmdadə yet, Əbülfəzlim amandı!
* * * * * * * * * *
Şəhid Məşədi molla Dəstəli.(İmişli)
Dostları ilə paylaş: |
|
|