ƏLLİ İKİNCİ KƏRAMƏT «BU XƏBƏRİ EŞİTMƏKLƏ AĞLAMAQ MƏNƏ İMKAN VERMƏDİ!»
«Allahın adı ilə...........
Mən Məhəmməd Səfər Kazimiyəm. 45 il bundan əvvəl novruz bayramına bir həftə qalmış öz idarəmizdən şəhər icra hakimiyyətinə gizlin bir məktub aparmalı idim. Sübh saat 10-da Topxana xiyabanından hərəkətə gəldim. «İnqilab» xiyabanında dayandım, motosikiletin tərkinə qoyduğum çantaya baxmaq istədim. Çünki məktub onun içində idi. Təəssüf ki, nə çanta nə də məktubdan əsər-əlamət yox idi. Bunu gördükdə ömrümün, həyatımın sonu və uşaqlarımın yetim qalmasını gözümün önünə aldım. O vaxt özümü ölü bir şəxs kimi hiss etdim. Hesab etdim ki, ruhum bədənimdən çıxıb. Bir təhər dövr vurub Topxana prospektinə tərəf qayıtdım. Ola bilsin çantamdan bir əsər qalmış oldu, amma heç bir şey tapa bilmədim.
Nəhayət, özümü tale yoluna tapşırdım və idarəyə gəldim. İdarə rəisini hadisədən xəbərdar etdim. Həmin andan mənim həbs olunma hökmüm verildi. Pəncşənbə günü idi. Saat 12-də idarə tə`til olurdu. Amma, əsl saat, Allahın lütf və mərhəmətinin nazil olması saatı idi. Dostlarım bir-bir mənimlə xudahafizləşirdi. Saat əqrəbi 12-dən keçdi. İdarə bağlandı. Mən idarənin rəisi və bir də katibə qaldı. Mənim zindana getmək məktubum hazırlanırdı. Çap maşinkasının düymələri işləməyə başladı. Bildim ki, bəndənin talehini həll edirlər. Qəlbim sanki işləmirdi. Soyuq tər dənələri üz-gözümü bürümüşdü. Bütün ailə üzvlərimi gözümün önündə canlandırdım. Bilmirdim nə edəm? Bayram gecəsinə bir həftə qalmışdı. Bu da mənim üçün çox ağır idi. Çünki bilirdim ki, bu il uşaqlar mənə görə bayram etməyəcək, təzə paltar geyməyəcək və heç kəs onların qapısını döyüb açmayacaq. Onların bayramcalıqlarına gəlməyəcklər.
Pəncşənbə günü saat ikinin yarsını keçmişdi. Qarşıdan cümə axaşamı gəlirdi. Hər tərəfi sakitlik tutmuşdu. İş yerimdə olduğum otaqda məndən başqa kimsə yox idi. Hər şey bu andan sonra başladı. Otağın qapısını bağladım. Sanki dünya başımda xarab olmuşdu. Birdən özümə gəlib fikrə getdim. Öz-özümdə gələcək vəziyyətimi təsəvvür etdim. İlahi, görəsən nə olacaq? Bu siyasi bir məsələ idi. İnqilab iyi yavaş-yavaş burnuma gəlirdi. Əhali qalxmışdı. Öz-özümə fikirləşdim ki, bu məsələyə başqa qeyri-qanunu yolla yanaşmaq olmaz. Belə olsa da pulum yox idi. Hara pənah aparım? Hara gedim?
Mən özüm «nizami» bölməsinə daxil olanda «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətinə xüsusi rəğbətim vardı. Qəməri bəni Haşim adlı bir dəstəmiz də vardı. «Qəməri Bəni haşimin ayının» bayrağı altında o həzrətə rövzəxanlıq edirdik. Bu gün bizə bu iş bir iftixar idi. Hər il sinə vurmaq və mərsiyə məclislərimiz olurdu. Qəti qərara gəldim ki, həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) qapısına gedib bu açılmaz qapının açarını istəyəcəm. Əziz dostlar ona da diqqət yetirin ki, Allah yanında uca məqamlı şəxslərə pənah aparmağın da ədəb qaydaları var. Nə qədər ki, insan bütün batinini hər şeydən üzməsə və özünü ölümlə üzbəüz görməsə nəticə almayacaq. Əgər bu halət sizə üz versə feyzə yetər və nəticə alarsınız. Qibləyə tərəf durub sağ dizimi yerə atdım, iki əllərimi göyə qaldırdım, sanki heç burada deyil və heç bir şey görmürdüm. Vəhşət bütün bədənimi bürümüşdü. Ucadan üç dəfə çağırdım:
Ya Əbul-Fəzl Abbas! Ya Əbul-Fəzl Abbas! Ya Əbul-Fəzl Abbas! Köməyə yetiş!
Daha heç bir şey anlamadım. Başımın tükləri düz durmuşdu. Başımı iş stolunun üstünə qoymuşdum. Amma özüm vəziyyətimdən xəbərsiz idim.
Bu iş 3‒5 saniyədən çox çəkmədi. Başımın arxasında əl hiss etdim. Katibə idi. Onu gördükdə işimi tamam hesab etmiş oldum. Təsəvvür etdim ki, məni məktubla birlikdə mə`murlara verəcəklər. Ağlamsın halda dedim:
Ağa! Bəndə hazırdır!
Birdən dedi:
Nə danışırsan? Ayağa dur, məktub tapılıb!
Bu kəlməni eşitməklə hiss etdim ki, bu sözlərlə mənim həyacanımı azaldıb yola vermək istəyirlər. Ona görə də dedim:
Qardaş! Daha mənim işim tamamdır. Mən hər şeyin fikrini etmişəm.
Dedi: Cənab Kazimi! Allaha and olsun ki, məktub tapılıb? Onu bir taksi sürücüsü gətirdi. İçəridə mə`lumat stolunun üstünə qoyub getdi. Amma çantanı özü ilə apardı. Çünki, çanta lap təzə idi. Birinci dəfə idi ki, içinə yalnız bir məktub qoyulmuşdu.
Bu sözü eşitməklə daha ağlamaq mənə macal vermədi. Həm sevincdən həm də həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) bu kəramətindən. Başım, canım ona qurban. Bir göz qırpımında Kərbəladan mənim xahişimə «Ləbbeyk!» dedi.......
Hər halda rəis məni yanına çağırıb dedi:
Kazimi! Anan var?
Dedim: Bəli. Lakin bu işdən xəbəri yoxdur.
Dedi: Çox yaxşı bəxt adamsan.
Dedim: Bu işin bəxtə aidiyyatı yoxdur.
Dedi: Bəs nəyə bağlılığı var?
Dedim: Dayılığa!
Dedi: Bilirsən ki, bu işin siyasi mövzusu var, burada dayılığa yer yoxdur.
Dedim: Nə üçün? İmkan var. Mənim bir arxam var ki, bu gün onun qapısını döydüm, o da qapını üzümə açdı və işimi düzəltdi. Əhvalatı əvvəldən ona söylədim. Sonsuz həddə tə`sirləndi və gözləri dolu halda mənə təbrik ərz etdi.
Burada Qur`ana and içirəm ki, həqiqətdən başqa bir şey demədim. Qəməri Haşim Əbul-Fəzl Abbasa(əleyhissalam) and olsun dediklərim birbə-bir düzdür!
İmam Hüseyn (əleyhissalam) adına nəşriyyatdan intizarım budur ki, bu məktubu da çap etsinlər.Bununla da Əbəlfəzl (əleyhissalam) aşiqləri nə istəsələr onun qapısından istəsinlər.
Vəssəlam!
Dostları ilə paylaş: |