ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə45/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   41   42   43   44   45   46   47   48   ...   175

İYİRMİ BEŞİNCİ KƏRAMƏT

«OTAQ ƏTİRLİ İDİ VƏ HƏYAT YOLDAŞI AĞLAYIRDI»


Cənab Vəhid Lütfi yazır:

1.Anamın atası (babam) cavan vaxtlarında elm almaqdan və böyük alimlərin dərslərində iştirak etməkdən ötrü Nəcəfi-Əşrəfə yola düşür. Yol üstündə Kərbəlaya gedir və mehmanxanalardan birində qalır. Nənəm dayım və xalam uşaqları ilə birlikdə Kərbəlada qalan müddətdə o vaxt geniş yayılmış xəstəliyə tutulurlar. Gün-gündən halları pisləşir. Nəhayət, nənəm həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) nəzr edir. Əgər özümün və uşaqlarımın halı yaxşılaşsa qızıldan olan bilərziyini həzrətin zirehinə ataram!

Həmin nəzirdən sonra mehmanxanada yuxu görür. Yuxuda otağın qapısı açılır. Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) otağa daxil olur. Əlləri biləkdən kəsilmiş halda olur. Nənəm yuxu aləmində ağlayıb həzrətdən soruşur ki, niyə görə əllərin bədənində yoxdur? Həzrət özünü tanıtdırıb buyurur: «Mən Əbul-Fəzl Abbasam». Nənəm özünün və uşaqlarının şəfaət tapmasını həzrətdən istəyir. Həzrət iki mübarək biləklərini nənəmin üzünə sürtür və buyurur: «Bizə etdiyin qolbağı nəzirini hərəmin xuddamına vermə. Onu zirehin içinə at!» Sonra nənəm yuxuda ağlamağa başlayır. O anda babam otağa daxil olur, görür ki, otaqdan xoş ətirli iy gəlir.Həyat yoldaşını isə ağlayan halda görür. Nənəmi yuxudan oyadıb ağlamağının səbəbini soruşur. O, əhvalatı olduğu kimi danışır. Tezliklə anlayırlar ki, nənəmin və uşaqların vəziyyəti yaxşılaşıb. Xəstəlikdən bədənlərində əsər-əlamət yoxdur. Başa düşürlər ki, Allah həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) şəfaətini qəbul etmişdir. Nənəm nəzirini əda edir. Əvvəlcə nə qədər çalışırsa zirehdən qolbağını içəri ata bilmir. Sonradan fikirləşir ki, görəsən qolbağını içəri atsın, yoxsa xuddama versin. Zirehin içərisindən səs eşidir ki, «İçəri at!». Bu dəfə qolbağını zirehin içinə ata bilir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin