ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə47/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   43   44   45   46   47   48   49   50   ...   175

İYİRMİ YEDDİNCİ KƏRAMƏT

ALLAHA ŞÜKÜR! AĞANIN VASİTƏSİLƏ HACƏTİMİ ALDIM!


3. Bu əhvalatın da ravisi anamdır. Hadisəni öz gözləri ilə yaxından müşahidə etmişdir

Yenə də Kərbəlada olan vaxtımda günlərin birində həzrət Əbul-Fəzl Abbası(əleyhissalam) ziyarət etməkdən ötrü evdən çıxıb pak hərəmə tərəf getdim. Hərəmə daxil olmamışdan əvvəl gödüm ki, içəridə səs-küy, qışqırıq qopub. Qabağa getdim ki, hadisədən xəbərdar olum. Mə`lum oldu ki, qadınlardan birinin qızıl qolbağısı ziyarət vaxtı zirehdən tutarkən öz-özünə qolundan açılıb zirehin içinə düşüb. Əhali bu qolbağının götürülməsinə mane olurdu. Deyirdilər ki, qolbağı qəribə şəkildə ora düşübsə, təəccüblüdür. Beləliklə camaat şadlanırdı.

Qadından soruşdum ki, nə oldu bu iş baş verdi? O, dedi: Mənim bir hacətim vardı. Yerinə yetmədiyindən təngə gəlmişdim. Nə edirdimsə hacətim qəbul olmurdu. Nəhayət həzrət Əbul-Fəzl Abbası (əleyhissalam) şəfaətə çağırdım. Nəzr etdim ki, əgər hacətim qəbul olsa, bu qolbağını zirehə ataram. Allahın köməyi ilə nəzirim qəbul oldu. Muradımı aldım. Bir müddət keçmişdi, amma nəzirimi əda etməmişdim. Bu gündə ziyarətə gələndə öz-özümə dedim: Mən hacətimi almışam, daha ehtiyac yoxdur ki, bu qolbağını zirehin içinə atam. Bundan əlavə nə bilmək olur ki, qolbağı necə olacaq, hara gedəcək?

Həmin fikirlə hərəmə daxil oldum. Ziyarətnaməni oxuduqdan sonra özümü zirehə yaxınlaşdırdım. Təşəkkür və minnətdarlıqdan sonra zirehi tutub təbərrük etdim. Zirehdən tutan anda qolbağım öz-özünə açıldı. Elə qolbağı ki, onu açmaqdan ötrü müəyyən miqdar vaxt sərf edirdim. Qəribə şəkildə qolumdan açılıb öz-özünə zirehin içinə düşdü. Ətrafdan bu mənzərəni müşahidə edən xanımlar maraqlanmağa başladılar. Sonra bu səs-küy başqa zəvvarlara yetişdi və onlar da şadlanmağa başladılar. Mən də ağadan öz nəzirimi yerinə yetirməkdə geçikdiyim üçün üzürxahlıq etdim. Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) mənim barədə böyük lütf və inayət göstərmişdi. Belə lütfün müqabilində xırda qolbağının heç bir dəyəri yoxdur. Çox təəssüf olsun ki, bu nəzirin daha tez yerinə yetirilməsində şeytan mənə vəsvəsə etmişdi.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin