ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə70/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   66   67   68   69   70   71   72   73   ...   175

QIRX YEDDİNCİ KƏRAMƏT

«BİR VAXT MÜXTƏLİF BƏLALARA DÜÇAR OLMUŞDUM.»


Qum elm ocağının böyük alimlərindən biri adının çəkilməsini istəmədən buyurur:

«Bir vaxtlar müxtəlif bəlalara düçar olmuşdum. İmam Rza (əleyhissalam)-ın ziyarətindən ötrü anasız qalan uşaqlarımı da götürüb Məşhəddə özümə layiq olmayan bir mehmanxanada yer aldım. Mübarək Ramazan ayı yetişdi. Təxminən iki ay yarım 8-ci imamın ziyarətini davam etdirdim. Qur`an oxuyub, həzrətdən müxtəlif yollarla hacətimi istəyirdim. Çox nigaran idim. O rəhmət dəryasında hacətimin qəbul olunmasında heç bir işarə hiss etməmişdim. Bə`zi duaları o qədər təkrar oxumuşdum ki, əzbərdən bilirdim. İki aydan sonra birdən yuxudan ayıldım və hiss etdim ki, bütün bu duaları dalbadal əzbərdən düzürəm. Dilimdə əzbər olan dua bu idi:



«Ya kaşifən kurəbi ənil vəchil Hüseyn (əleyhissalam) İkşif kurəbi bi həqqi əxikəl Hüseyn!».

Məşhəddən Quma gəldim. Moizəyə qulaq asmaq üçün alimlərdən birinin evinə getmişdim. Bir nəfər mö`min alim minbərdə moizə edərkən belə söylədi: Hər kəs bu duanı 133 dəfə təkrar etsə hacəti qəbul olmuş olar. Məclisdə duanı əzbər bildiyim üçün belə də etdim. Bütün hacətlərim qəbul oldu. İşlərim öz yoluna düşdü və giriftarçılıqdan qurtardım. Bu vaxta qədər bu duadan kömək alıram. Öz adımı qeyd etmirəm, amma hadisə dediyim kimidir. Ümidvaram ki, əziz qardaşlarım öz pənah yerlərini tapsınlar!

Əssəlam Ələykum və rəhmətullahi və bərəkatuh.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin