ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə78/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   74   75   76   77   78   79   80   81   ...   175

ƏLLİ ÜÇÜNCÜ KƏRAMƏT

«MƏNİM HÜSEYNİYYƏYƏ GETMƏMƏYİMİN SİZƏ DƏXLİ YOXDUR!»


Cənab Əbdürrəzzaq Piri Qumlu yazır:

«Bu kitabı cəm edən Şeyx Əli Rəbbani Xalxaliyə salam ərz edirəm. Əbul-Fəzl Abbasın kəramətlərindən birini yazmaq istərdim. Əvvəlcə bir müqəddiməni nəzərinizə çatdırıram:

Mən Əbdürrəzzaq Piri anamı itirəndə təxminən, 12 yaşım var idi. O illər Zəncan şəhərinin kəndlərindən olan Quğamvis kəndində yaşayırdıq. O ildən ƏbulFəzl Abbas (əleyhissalam) adına dəstəmiz təşkil olunmuşdu. Mən də anamın nəzrinə və əhdinə görə bu hey`ətə üzv yazılmışdım. Bir müddət sonra qardaşımla birlikdə təzədən Məşhədə gedib «Ərbəini»(imam Hüseyn(əleyhissalam)-ın şahadətinin qırxıncı günü) o pak diyarda keçirdik. Ondan sonra qərara aldıq ki, həyatımızı pak və müqəddəs şəhər sayılan Qum şəhərində həzrət Fatimeyi-Mə`sumənin(salamullahi əleyha) hərəmi ətrafında davam etdirək. Xoşbəxtlikdən o ildən sonra hər il «ərbəini» Məşhəddə imam Rza (əleyhissalam)-ın pak hərəmində keçiririk. Rəcəb ayının üçündə (4‒5 il əvvəl) həzrət imam Əliyyən Nəqi (əleyhissalam)-ın şəhadəti günü balaca qardaşımla birlikdə «Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam)» adlı məkanda (Hüseyniyyədə) bu binanın tə`miri ilə məşğul idik.Üçüncü təbəqədə iş görürdük. Əbulfəzl adlı beş yaşlı oğlum da yanımda idi.Oynamaqla məşğul idi. Birdən uşaq gözümdən yoxa çıxdı.Nə qədər çağırdımsa cavab gəlmədi. Ona görə də çox nigaran oldum. Üçüncü təbəqədən yerə kimi yol uzaq olduğuna görə uşaq bu tezliklə aşağı düşə bilməzdi. Tez durdum ki, ona xəbərdarlıq edim. Birdən gördüm ki, oğlum Əbülfəzl, pillədən üzü aşağı havadan asılı vəziyyətdə yerə yıxılmaq halındadır. Nə qədər sür`ətlə yüyürdümsə ki, ona çatıb götürüm, amma axırıncı pilləyə çatanda müvəffəq olmadım. Aşağı düşdüm. Birdən ağlıma gəldi ki, uşağı aşağıdan tutum. Amma nə qədər çalışdımsa buna da müvəffəq ola bilmədim. Uşaq yuxarıdan əli pillədən üzülüb top kimi fırlanıb sür`ətlə yerə dəydi. Həmin anda cani dildən bir dəfə:

«Ya Əbul Fəzl Abbas!» deyə fəryad çəkdim. O səhnəni gördükdən sonra nə danışmaq nə də hərəkətə qüdrətim olmadı. Fikrim bu məsələdə qaldı ki, uşaq artıq sağ qalmaz. Elə oradaca keçinib. Ona görə də gözü yaşlı, ümidsiz halda onun başı üstünə gəldim. Qardaşım da mənə qoşulmuşdu. Vəziyyət elə idi ki, öz-özümə dedim: Əgər bu uşaq sağ qalsa da qol-qabırğası sınmış olar. Hər şeydən xəbərsiz halda uşağı qanlı torpağın üstündən götürüb motoçikletin üstünə qoydum. Onu da deyim ki, əlimi uşağın başına vuranda hiss etdim ki, uşağın başı tamamilə boşalıb, yə`ni əzik-üzük olub.

Bəli! Dərhal motosikletlə uşağı xəstəxanaya yetirdim. Amma, intizarımın əksinə olaraq xəstəxanaya az qalmış gördüm oğlum ağlamağa başladı. Məndən soruşdu :

Nə olub baba! Hara gedirik?

Xəstəxananın tə`cili yardım şö`bəsində uşağı hər tərəfli, başın, belin, ayaqların və boynun yoxlayıb analiz verdikdən sonra xəstəxananın həkimi izhar etdi ki, bu uşaqda heç bir sınıqlıq və eyb yoxdur. Analiz nişan verir ki, uşaq tamamilə sağlamdır. Bununla belə həkim xətər əlamətləri olaraq 24 saatdan sonra uşaqda qusma, ürək bulanması müşahidə olunarsa tez bizə müraciət olunmasını tapşırdı.

Xəstəxanadan mənzilə gəldik. Ev əhli hamısı nigaran və ağlar idilər. Uşağı yatağında yatızdırdım. Bir çox qonşular və qohumlar bizə yığışdılar. Mən hadisəni nəql etdikcə hamı heyrət və təəccübdə qalmışdı. Hamısı bir sözü təkrar etdilər o da bu idi ki, bu hadisə böyük bir kəramətdir. Heç vaxt heç kim o hündürlükdə yerdən yıxıla və o qədər zərbə yedikdən sonra sağ qalmaz. Hamısı oğlumu məzəmmət etməyə başladılar ki:

Nəyə görə Hüseyniyyəyə getmişdin? Nəyə görə yıxıldın? Necə yıxıldın? Bir daha Hüseyniyyəyə getməzsən!. Ordakı ustalar iş görür, sənin üçün xətərlidir!.

Birdən gözləmədiyimiz halda uşağın bu sözlərə cavabı lap mö`cüzə oldu.Uşaq (Əbulfəzl) yerindən qalxdı. Beş yaşı olması və bədəninin çox yerinin əzilməsinə baxmayaraq ixtiyarsız və güman olunmayan halda fəryad çəkdi:

Ya Hüseyn! Ya Hüseyn! Ya Əbul-Fəzl Abbas!

Əlini sinəsinə vurub dedi: Sizlərə dəxli yoxdur ki, mən Hüseyniyyəyə gedirəm. Bəli, mən gedirəm. Mən çox istəyirəm ki, ora gedəm. Sonra ağlamağa başladı. Mən onu qucağıma alıb ata nəvazişi ilə sakitləşdirdim. Bu bir kəramət və mö`cüzədir ki, sizlərə nəql etdim.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin