ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə74/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   70   71   72   73   74   75   76   77   ...   175

ƏLLİ BİRİNCİ KƏRAMƏT

EY ƏCƏBA! BUDUR KƏRAMƏTİN MƏ`NAS! BUDUR «BABÜL-HƏVAİC» MƏQAMI!


Aşağıdakı kəraməti dostlarımdan yazıb.

Cənab Məhəmməd Əli Hüseyn oğlu, Kərbəla sakini:
«Övladlarımdan biri (Möhsün adlı) anadan olduqda vəziyyəti yaxşı deyildi. Müalicəsindən ötrü iki ay həkimlərə müraciət etdim. Lakin heç bir tə`siri olmadı. Günü-gündən vəziyyəti ağırlaşır və bədəni də arıqlayırdı. Nəhayət, günlərin birində günortadan sonra idi. Mərhum atam dükana gəlib mülayimcəsinə buyurdu: «Dükanı bağla evə gedək.» Mən təəccüblə ondan soruşdum: Axşama hələ çox var. Nəyə görə tələsirsən? Nəhayət, atamın israrı ilə dükanı bağlayıb evə yola düşdük. Yol arasında atam özünə məxsus aram və mülayim nəsihəti ilə söhbətə başladı. Ehsas etdim ki, bəlkə də övladımın başına nə isə xoşagəlməz bir iş gəlməlidir. Atam mənə təsəlli üçün bütün bunları nəql edirdi.

Mənzilə çatdıq. Mən otağa daxil olub xoşagəlməz vəziyyətlə rastlaşdım. Övladım Möhsün qibləyə tərəf uzanmışdı. Başının üstündə bir cild Qur`ani-Kərim vardı. Anası, nənəsi və başqa qohumların gözləri yaşlı idi. Bu uşaqdan əvvəl mən Həsən adlı bir yaşlı uşaq da itirmişdim. Onun dağı hələ də sinəmdən çəkilməmişdi. Çox narahat olmuşdum. Birdən ixtiyarsız olaraq otaqdan çölə çıxdım. Müqəddəs məkana, yə`ni «Babul-həvaic» həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəminə yola düşdüm. İçəri girib pak zirehdən möhkəm yapışdım. Xahiş halında ona ərz etdim:




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin